Nyu-Yorkda Donald Trampa qarşı etiraz aksiyası keçirilib

20.01.2017 - 13:07
Nyu-Yorkda ABŞ-ın bu gün rəsmi olaraq səlahiyyətlərinin icrasına başlayacaq seçilmiş prezidenti Donald Trampa qarşı kütləvi etiraz aksiyası keçirilib.
Şahidlərin sözlərinə görə, mitinqə bir neçə min insan toplaşıb.
Nümayiş “Trump Tower” binasının yaxınlığında keçirilib. Mitinqdə Nyu-York meri Bill De Blazio, həmçinin aktyorlar Robert De Niro, Mark Ruffalo, Alek Bolduin, müğənni Şer və bir çox başqaları iştirak ediblər.
“The Hill” nəşri yazır ki, rejissor Maykl Mur, öz növbəsində, Trampa qarşı 100 günlük etiraz aksiyası keçirməyə çağırıb. Aksiya “WeStandUnited” şüuarı altında təşkil olunub.
Yanvarın 20-də ABŞ-ın seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi keçiriləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=85873

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728