Ərdoğan: “Tramp administrasiyasının mövqeyi Türkiyəni narahat edir”

22.01.2017 - 14:33

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a planlaşdırılan səfəri zamanı bu ölkənin prezidenti Donald Trampla Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək niyyətindədir.

APA-nın məlumatına görə, R. T. Ərdoğan bunu bu gün Tanzaniya, Mozambik və Madaqaskara səfərindən öncə keçirdiyi mətbuat konfransında bildirib.

R. T. Ərdoğan deyib ki, Türkiyə Yaxın Şərqində dövlətlərin ərazi bütövlüyünün qorunmasının tərəfdarı kimi çıxış edir və regionun xəritəsini dəyişmək yönündə səyləri dəstəkləmir: “Sözsüz ki, mən Donald Trampla görüşdə bu məsələni müzakirə etmək istəyirəm. Türkiyəni Yaxın Şərqdəki vəziyyət, o cümlədən Tramp administrasiyasının regionla bağlı mövqeyi maraqlandırır. Bu gün region alov içərisindədir. Trampın Yaxın Şərqlə bağlı mövqeyi necə olacaq? Hazırda bəzi Yaxın Şərqlə bağlı bəzi fikirləri bizə çatır, doğrusu, bu fikirlər narahatlıq doğurur. Bütün bu məsələlər müzakirə edilməlidir. Türkiyə Yaxın Şərqin ən güclü ölkəsidir, regiondakı proseslərin dinamikasına təsir göstərir. Əgər regionla əlaqəsi olmayan hər hansı ölkə regionun xüsusiyyətlərini, ədaləti nəzərə almayaraq qərar qəbul edirsə, bunun ümumilikdə dünya üçün neqativ təsirləri olacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=86044

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728