MKİ Azərbaycandakı nüvə silahı və SSRİ-nin dağılması haqda

22.01.2017 - 16:50

Xəbər verdiyimiz kimi, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) bir milyona yaxın məxfi sənədi ictimailəşdirib. Onlarla ilkin tanışlıq göstərir ki, MKİ-nin zəngin arxivində SSRİ-nin dağılması ərəfəsində o vaxtkı sovet Azərbaycanının həyatına dair də məxfi sənədlər var.

Virtualaz.org bildirir ki, CIA-RDP99-01448R000401660042-6 nömrəli həmin sənədlərdən biri 31 may 1991-ci il tarixində qeydə alınıb. Bu sənəd əslində “The Washington Times” qəzetində SSRİ-də nüvə silahının vəziyyət haqqında MKİ-nin rəhbəri postundan gedən Uilyam Uebsterin mülahizələrinin yer aldığı məqalədən ibarətdir.

Məqalədə deyilir ki, Uilyam Uebster Kreml rəhbərliyinin öz nüvə silahı üzərində tam nəzarətə malik olmaması ehtimalından narahatlığını bildirib. “Biz onu müşahidə edə bilərik ki, onlar özlərinə, artıq əvvəllər olduğu kimi, əmin deyillər. Bu, öz növbəsində, bizim etibarımızın səviyyəsini aşağı salır… Onlar indi raketlərin düşmən əllərə düşməməsi üçün özlərinə vacib olan tədbirlərlə bağlı variantlar üzərində işləyirlər”,– deyə məqalədə MKİ direktorundan sitat gətirilir.

Uebsterin sözlərini əsaslandırmaq üçün məqalə maraqlı fakta istinad edir. Vurğulanır ki, 1990-cı ilin fevralında Sovet qoşunları Azərbaycanın paytaxtı Bakı yaxınlığındakı nüvə silahı anbarının müdafiəsi üçün çağırılmışdı. O anbar ki, Amerika rəsmi şəxslərinin sözlərinə görə, silahlı üsyançılar tərəfindən tutulmuşdu.

Short URL: http://www.cumhuriyyet.net/?p=86054

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728