Naxçıvan Konstitusiyasını dəyişir

26.07.2017 - 09:38

İyulun 25-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası keçirilib

Cumhuriyyet.net-in xəbərinə gör, Muxtar Respublikanın Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sessiyanın gündəliyinə sosial-iqtisadi inkişafının yekunları, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi və s. məsələlər daxil edilib.

Deputatların və sessiya iştirakçılarının diqqətinə çatdırılıb ki, 2016-cı il sentyabrın 26-da keçirilən referendumla Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilib. Həmin dəyişikliklərə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi üçün qanun layihəsi hazırlanıb. Qanun layihəsi 2017-ci ilin fevral ayında keçirilən Ali Məclisin sessiyasında qəbul edilib.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 50-ci maddəsinin II hissəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər iki dəfə səsə qoyulur. Buna görə də Qanun layihəsi ikinci səsverməyə çıxarılıb.

“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu oxunub və səsə qoyularaq qəbul edilib.

cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=97253

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31