Hindistan Kəşmirdə Pakistanın mövqeyini bombaladı: ölənlər var

23.02.2018 - 10:56

Hindistan hərbçiləri cümə axşamı Kəşmirin Mendhar sektorunda Pakistan ordusunun postunu məhv edib.

Cumhuriyyet.net  report-a istinadən xəbər verir ki, bu barədə cümə günü NDTV telekanalı məlumat yayıb.

Hindistan tərəfi iddia edir ki, bu addım Pakistanın atəşkəsi pozmasına cavab olaraq atılıb.

 Öz növbəsində, “India Today” qəzeti ordudakı mənbələrə istinadən yazır ki, bu, son vaxtlar hind hərbçiləri tərəfindən məhv edilən Pakistana məxsus üçüncü blok-postdur. Həmçinin qeyd olunur ki, bu həftə Pakistanın həm də Hacipir və Tanqdhar rayonlarındakı postları hindlilər tərəfindən pulemyot və qumbaraatanlardan istifadə edilməklə atəşə tutulub. Nəticədə Pakistanın bir neçə hərbçisi həlak olub.

Bundan əvvəl Pakistanın Xarici İşlər Nazirliyi Hindistan tərəfini atəşkəs rejimini pozmaqda ittiham edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=113763

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930