Korrupsiya Ukraynanı dağıdır – “Sueddeutsche Zeitung”

08.08.2018 - 09:45

“Maydan inqilabından 4 il keçib, lakin zəif Ukrayna hələ də milyardlarla dollar pulunu korrupsiyaya qurban verir”.

Musavat.com xəbər veri ki, Almaniyanın “Sueddeutsche Zeitung” (SZ) qəzetinin Kiyev və Odessada həyata keçirdiyi araşdırma zamanı ölkə büdcəsinin hər il gömrük orqanlarındakı korrupsiyadan dolayı ən az 4,8 milyard dollar pul itirdiyi məlum olub.

“Bu isə ölkə büdcəsinə gələn gəlirlərin beşdə bir hissəsini və Ukraynanın Avropa Birliyi, Beynəlxalq Valyuta Fondu və Dünya Bankından almağa ümid etdiyi kreditin iki qatını təşkil edir”, – məqalə müəllfi Florian Hassel yazır.

“SZ” redaksiyası əlindəki sənədlərə əsasən Ukrayna gömrüyündə kütləvi hal alan rüşvətxorluq hallarını üzə çıxarıb: “Bizə məlum olan faktlara görə, əsas korrupsiya sxemi gömrük rüsumlarını azaltmaq məqsədilə malların sistematik olaraq “yenidən bəyan edilməsi” üsulu ilə aparılır. Odessa gömrüyünün hərəkətləri nəticəsində məsələn 20 ton çətir birdən-birə kist və fırçaya, güzgüyə və kartona çevrilir. Dneprpetrovskdan olan naməlum bir firma isə gömrük manipulyasiyaları ilə 17 min dollar rüsum əvəzinə, cəmi 4800 dollar gömrük vergisi ödəyir”.

Картинки по запросу ukraine corruption Sueddeutsche Zeitung

Ukraynanın baş prokuroru Yuri Lutsenko isə ölkənin hər il bu cür fırıldaqlar nəticəsində büdcə gəlirinin 30-40 faizindən məhrum olduğunu etiraf edib.

Məqalədə bütün bu korrupsiya sxeminə Sərhəd xidməti, Baş prokurorluq, Ukrayna Təhlükəsizlik Xidməti (UTX) və polisin də qarışdığı xüsusi qeyd edilir.

“Ən çox isə UTX və gömrük bu işdən böyük qazanc götürür. Onların ölkəyə gətirilən bir konteynerə görə hər ayın axırında özəl payları var. Bu cür maxinasiyaları törətmək üçün isə gömrük xidmətinin rəisi və onun müavininə, zabitlərinə, həmçinin UTX-yə və prokurorluğa yaxın olan şəxslər tərəfindən yaradılan firmalardan istifadə olunur”, – Odessadan olan bir informator qəzetə danışıb.

Картинки по запросу украина коррупция

Məqalədə Ukraynanın korrupsiya ilə mübarizə sahəsində olduqca cüzi irəliləyişə nail olduğu qeyd edilib.

“Transparency International” təşkilatının korrupsiya reytinqində Ukrayna 2014-cü ildə 174 ölkə arasında 142-ci sırada idi. İndi isə Ukrayna 130-cı sırada qərarlaşıb. Ukrayna yalnız Rusiyanın ondan 5 sıra arxada (135) olması ilə təsəlli tapa bilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=121591

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930