Sergey Skripalı zəhərləyənləri bir rus diplomatı satıbmış

11.09.2018 - 14:32

Böyük Britaniya kəşfiyyatının böyük uğuru..

Böyük Britaniyada mühacir həyatı yaşayan keçmiş rus kəşfiyyatçısı Sergey Skripalı və onun qızını zəhərləyən Rusiya Müdafiə nazirliyi Baş Kəşfiyyat İdarəsinin (QRU olaraq daha çox tanınır) agentlərini Britaniya kəşfiyyatı tərəfindən ələ alınan rus diplomatı satıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Daily express” qəzeti məlumat yayıb.

Qəzetin kəşfiyyat orqanına istinadən verdiyi xəbərə görə, həmin diplomatın kod adı “Apollon” olub. Bu diplomat Solsberidəki hadisədən bir neçə həftə sonra britaniyalılar tərəfindən Romada ələ alınıb.

Həmin diplomatın əslində Rusiyanın Roma səfirliyində çalışmasına rəğmən əsl işinin NATO haqqında məxfi informasiyaların toplanmasından ibarət olduğu söyləynilir.

Qeyd olunur ki, Rusiya diplomatı Böyük Birtaniyanın xarici kəşfiyyat xidməti funksiyasını həyata keçirən Mİ-6-ya Moskvanın casus şəbəkəsi haqqında ətraflı məlumatlar ötürüb.

Materialda Solsberidəki əsas şübhəlilərin fotolarının da diplomat tərəfindən tanındığı və onların həqiqi adlarını verdiyi bildirilir.

Qəzet son hadisəni Böyük Britaniya kəşfiyyatının son illərdəki ən böyük uğuru hesab edir.

Xatırladaq ki, Böyük Britaniya Sergey Skripalı zəhərləyənlərin Rusiya hərbi kəşfiyyatının zabitləri Aleksandr Petrov və Ruslan Bəşirov olduğunu açıqlamışdı.

Moskva hələ də cinayətdə əli olmadığında israr etməkdədir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=122580

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930