“Tarixini , əcdadlarını öyrənmək üçün əski Azərbaycan əlifbası kütləvi tədris edilməlidir”-Kəramət Salayev

13.11.2018 - 08:40

Doğru Yol Partiyası Milli Məclisə təkliflə müraciət ünvanlayıb.
Bu təklifin nədən ibarət olduğunu öyrənmək üçün Doğru Yol Partiyasının sədri Kəramət Salayevə müraciət etdik. Kəramət Salayev bizimsesimiz.info-ya bildirdi ki, təklif Azərbaycan əski əlifbasının orta məktəblərdə tədrisi ilə əlaqədardır:
“ XXI yüzillik mədəniyyətlərin toqquşması dövrüdür. Dünyada baş verən terror, müharibələr, maliyyə böhranı, tökülən göz yaşları qloballaşma prosesinin simptomlarıdır. Qloballaşma prosesi milli mədəniyyətlərin zəiflədilməsi və tədricən yox olması ilə yeni bir mədəniyyətin yaradılması və üstün hala gətirilməsi ilə müşahidə olunur.
1920 -ci ildə Azərbaycanda bolşevik hökuməti qurularkən milli şüurun yox edilməsi ilə bağlı ardıcıl mənfur siyasət aparılırdı. Bu siyasətin ideya müəllifləri kommunist Partiyasının rəhbərliyində olan erməni millətçiləri idilər. Təəssüf ki, Azərbaycanlılar bu siyasətin kimə və nəyə xidmət etdiyini gec qiymətləndirdilər.
Sovet İttifaqının millətimizin tarixi hafizəsini məhv etməyin yollarından biri olaraq bir neçə dəfə əlifbamızı dəyişmələri oldu. Bu hadisə 1928 -ci ildə əski əlifbadan latın, 1939- cu ildə isə latın qrafikasından kirill qrafikasına keçilməsi ilə baş verdi. Yazı qrafikasının dəyişdirilməsi hər dəfə baş verdikcə tarixi keçmişini unudan yeni bir nəsil meydana çıxırdı. Əslində yazı əlifbamızın kommunist ideoloqlarını narahat etməsində bir yox bir neçə məqsəd var idi. Bu məqsəd vahid mədəniyyətə malik olan bir millətin parçalanması və yadlaşdırılması idi.

Milli Görüş təşkilatı olan Doğru Yol Partiyası Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsi bu məsələni müzakirə etdikdən sonra hesab edirəm tarixi əhəmiyyəti olan bir məsələni gündəmə gətirdi. Milli Məclisə müraciətimizdə qeyd etmişik ki, latın əlifbasını saxlamaq şərtilə orta məktəblərdə əlavə olaraq Ana dili ya Tarix dərslərində əski əlifbamız tədris edilsin. Bilirsiniz ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi tədbirləri keçirilir. Doğru Yol Partiyasının qaldırdığı məsələ, həmdə Cümhuriyyətimizin 100 illiyi ilə əlaqədar bir məsələdir. Bilirsiniz ki, 1918 -ci ilin may ayında milli istiqlal bəyannaməmiz dünya ictimaiyyətinə elan edilərkən bütün diplomatik yazışmalar əski Azərbaycan əlifbası ilə aparılıb. Biz həmdə dövlət ənənəmizi dərindən öyrənmək üçün yeni nəsilə imkan yaratmış oluruq.
Məsələnin başqa bir tərəfi həmçinin ondan ibarətdir ki, əcdadlarının məzarlarını, tarixi abidələrini oxumaq imkanı qazanmaq üçün əski əlifba kütləvi şəkildə tədris olunmalıdır ki, gənclik keçmiş tarixini öyrənsin, araşdırsın. “

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=124510

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930