“Nazirə deyin, bu adamları qəbul etsin”

15.11.2018 - 12:43

 

 

 

 

 

 

“Milli Məclisin qarşısına şəhid ailələri toplaşıb”. Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov parlamentin iclasında deyib.

 

Deputat Milli Məclisin sədri Oqtay Əsədovdan belə bir xahiş edib:

 

“Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə deyin bu adamları bir-bir qəbul etsin. Və birdəfəlik başa salsın ki, bu adamlara “qanpulu” düşür, ya yox. Yoxsa, bu adamlar bizim hər dəfə qarşımızı kəsirlər, yalvarırlar, xahiş edirlər. Bu məsələni həll etmək lazımdır. Lazımdırsa, bununla bağlı bir komissiya yaradaq və biz məşğul olaq”.

 

Vahid Əhmədov qeyd edib ki, nazir o adamlarla görüşə bilmirsə, vaxtı yoxdursa, bu başqa məsələ.

 

“Bu, birbaşa olaraq, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinə aid olan məsələdir. Məsələni də axıra çatdırmaq lazımdır. Oqtay müəllim (Oqtay Əsədov –red) xahiş edirəm bu məsələ ilə bağlı tapşırıq verin”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=124611

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930