“Növbədənkənar seçki gözlənilmir”

11.12.2018 - 13:38

YAP  icra katibinin müavini, parlamentin komitə sədri Siyavuş Novruzov “525-ci qəzet”ə açıqlamasında yayılan məlumatların və irəli sürülən ehtimalların, versiyaların əsassız olduğunu iddia edib:

“Azərbaycanda vaxtından əvvəl – növbədənkənar parlament seçkiləri gözlənilmir. Parlament seçkilərinin vaxtı bəllidir, növbəti seçkilər 2020-ci ilin payızında, öz vaxtında keçiriləcək. Ona görə də səslənən fikirləri, yayılan məlumatları doğru hesab etmirəm. Gündəmdə  belə bir məsələ yoxdur”.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə və siyasi kuluarlarda yenidən ən çox müzakirə edilən məsələlərdən biri Azərbaycanda növbədənkənar parlament seçkiləri məsələsidir.

Bir çoxları prezident seçkilərinin vaxtından əvvəl keçirildiyi, xüsusilə 2025-ci ildə növbəti prezident və parlament seçkilərinin eyni ilə düşdüyü üçün 2020-ci il parlament seçkilərinin də vaxtının dəyişdiriləcəyəni, erkən seçkilərə gediləcəyini iddia edirlər.

Hətta bəzi versiyalara görə, seçkilər 2019-cu ilin mart ayında keçirilə bilər. Ancaq hakim Yeni Azərbaycan Partiyası (YAP) belə düşünmür və səslənən iddiaları qəbul etmir.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=125433

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930