ABŞ Bakıya səfir təyinatı üçün səsvermə keçirir

13.12.2018 - 12:02

ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsində dekabrın 13-də Birləşmiş Ştatların Azərbaycan və Ermənistandakı səfirləri vəzifəsinə namizədlərlə bağlı səsvermə keçiriləcək.

“Report”un xəbərinə görə, məlumatı komitənin rəsmi saytı yayıb.

Senatorlar Örl Litzenberger ABŞ-ın Azərbaycana və Linn Treysinin isə Ermənistana səfiri vəzifəsinə namizədliklərinə münasibət bildirəcəklər.

Beynəlxalq Əlaqələr Komitəsi Ö.Litzenbergerin və L.Treysinin namizədliyini təsdiqləyərsə, son dinləmələr Senatda keçiriləcək.

Qeyd edək ki, Amerika Erməni Milli Komitəsi ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd Ö.Litzenbergerlə bağlı səsvermənin təxirə salındığını iddia edirdi.

Xatırladaq ki,ABŞ-ın Azərbaycandakı səfiri olmuş Robert Sekutanın diplomatik missiyası bu ilin mart ayında başa çatıb.

Ö.Litsenberger əvvəllər Almaniya Marşal Fondunda baş elmi işçi, ABŞ-ın NATO-dakı missiyası rəhbərinin müavini, NATO-nun Əfqanıstan üzrə ali mülki nümayəndəsinin müavini, ABŞ-ın Serbiyadakı və Qırğız Resbublikastandakı səfirinin müavini vəzifələrində çalışıb. Ö.Litsenberger hazırda ABŞ Dövlət Departamentinin Hərbi-Siyasi Məsələlər Bürosunda baş müşavirdir.

E.Litzenberger fransız, rus, serb və bolqar dillərini bilir. Linn Treysi peşəkar diplomatdır. O, Rusiya və keçmiş SRRİ üzrə mütəxəssisdir. Hazırda ABŞ Dövlət Departamentinin Rusiya işlər üzrə baş müşavir vəzifəsində işləyir. Bundasn əvvəl Linn Treysi ABŞ-ın Moksva, Aşqabad və Astanadakı səfirinin müavini, Mərkəzi Asiya üzrə dövlət katibi köməkçisinin birinci müavini olub. O, Pakistanın Peşavar şəhərindəki ABŞ-ın konsulluğunda xidmətdə olub. Rus dilini bilir. Dövlət Departamentinin “İgidliyə görə” mükafatına layiq görülüb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=125505

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930