“Paşinyan riskə gedə bilər”

08.01.2019 - 10:08

Dağlıq Qarabağ probleminin nizama salınması üzrə danışıqların yaxın gələcəkdə yeniləməsi perspektivi, bir çox analitiklərin hesab etdiyi kimi,  daha çox ehtimal edilir. Hər halda, beynəlxalq vasitəçilər son zamanlar kifayət qədər optimist bəyanatlar verirlər.

ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza da Qarabağ münaqişəsinin həllinə müsbət yanaşmağa meyillidir. O, virtualaz.org-a açıqlamasında qeyd edib ki, parlament seçkilərindəki siyasi qələbəsindən sonra Nikol Paşinyan üçün manevr meydanı yaranıb.

“Mən Paşinyanın Qarabağ probleminin həllində bir sıra riskli addımlar ata biləcəyini istisna etmirəm. Mən onunla şəxsən tanış deyiləm və deyə bilmərəm ki, o, konkret hansı addımlara gedə bilər. Bu, daha çox Paşinyan və Prezident Əliyevin şəxsi münasibətlərinin necə olacağından və bir-birilərinə nə qədər güvənəcəklərindən asılıdır. Ona görə hələlik nəyisə konkretləşdirmək çətindir. Amma bir şeyi dəqiq bilirəm: əgər prezidentlər Koçaryan və Sarkisyanın Qarabağ liderləri qarşısında öhdəlikləri var idisə, Paşinyanın belə öhdəliyi yoxdur və bu baxımdan o daha sərbəstdir”, – deyə Brayza vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=126209

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930