Gözəl Bayramlının həbsxana həyatı… – Video

28.03.2019 - 00:25

“Siyasi məhbus probleminin birdəfəlik və köklü şəkildə həll olunması dövlət başçısının iradəsindən asılıdır”. Cumhuriyyet.az xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlı ikiillik həbsdən sonra əfv aktı çərçivəsində azadlığa çıxdıqdan sonra “Amerikanın səsinə” müsahibəsində deyib.
Bütün siyasi məhbuslar azadlığa buraxılmalı və ümumiyyətlə, siyasi məhbus problemi olmamalıdır. G Bayramlı ölkədə yeganə qadın koloniyası olan 4 saylı koloniyadakı saxlanma şəraitinin ağır olmasından danışıb.
Koloniya 1933-cü ildə tikilib. Qadınlar üçün yeni koloniyanın tikintisinin başa çatdırılması vacibdir. Bundan əlavə, koloniyanın binası köhnədir. Baraklarda müəyyən sıxlıq yaranır. Məişət sahəsində, sanitar qovşaqlarında müəyyən problemlər olur.
Qadınlarla sərt davranma halları olur. İstirahət üçün ancaq günorta bir saat vaxt ayrılır. Başqa vaxtlarda yataq ağ örtüklə örtülməlidir. Yatağın üzərində oturmaq olmaz. Əgər bir yorğunluğun, xəstəliyin varsa yatağın üzərində uzanmaq olmaz. G.Bayramlının sözlərinə görə, kişi koloniyalarında bu cür hallar yoxdur. O qeyd edib ki, koloniyada 400 qadın saxlanılır. Onların əksəriyyəti ağır cinayətlərdə ittiham olunur. Mühakimə olunanların çoxu narkotik maddə alverinə görə tutulub. Həmçinin ölüm, dələduzluq, oğurluq hallarına görə tutulanlar da var.
Uşaqlı və hamilə qadınlar ayrı otaqda saxlanılır. Qadın koloniyasında şəraitin yaxşılaşdırılması üçün hansı addımlar atılmalıdır? Bu sualın cavabında G.Bayramlı deyib ki, ilk növbədə normal saxlanma şəraiti yaradılmalıdır. İkincisi, müəssisənin rəhbəri vəzifəsində qadın olmalıdır, üçüncüsü, elə mühit yaratmaq lazımdır ki, qadınlar etdikləri cinayətə görə öz səhvini başa düşsün və islah olunmaq imkanları əldə etsinlər.
Praktikada bunun əksi baş verir. Qadınlar təkrar cinayət törədirlər və geriyə qayıdırlar. Elə bir mühit yaratmaq olar ki, qadınlarda doğrudan da peşmanlıq yaratsın. Onlarda o aqressiyanı gücləndirmək, içəridə qəzəbi yükləmək olmaz. Azadlığa çıxdıqdan sonra qadınların sosial reabilitasiyası, onların işlə təmin olunması üzrə tədbirlər həyata keçirmək lazımdır. “İstənilən halda dövlətin bilavasitə borcudur ki, cəzaçəkmə müəssisəsində qadınların sayı az olsun. Azərbaycan qadın məhbusların sayının çox olduğu ölkələr sırasındadır”, – G.Bayramlı bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127661

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930