DÜNYANIN GƏLƏCƏYİ DÖVLƏTLƏRDƏN ASILI DEYİL! – Amerikanın hegemonluğu (VİDEO)

17.07.2019 - 19:22

Hazırda ABŞ dünyanın yeganə fövqəldövlətidir. Bu statusa iddia edən digər böyük dövlətlər də var, lakin onların bir sıra parametrləri uyğun gəlmir.

Yaxın keçmişdə isə Amerikanın hegemonluğuna qarşı çıxa biləcək fövqəldövlət vardı – Sovet İttifaqı. Dünya bunu yaxşı anlayırdı. Çünki SSRİ hərbi nəhəng olmasıyla yanaşı, həm də böyük elmi, sənaye və kəşfiyyat potensilana malik idi. Bəli, uzun illər ərzində dünya ABŞ və SSRİ arasında bölünmüş vəziyyətdəydi. Amma ABŞ öz nəhəng rəqibini tarix səhnəsindən silə bildi. İndi ABŞ tək gücdür. Lakin artıq beynəlxalq münasibətlər sistemindəki müvazinət pozulub. Belə ki, son dövrlər dünya səhnəsinin marjinal dövlətləri Amerikaya meydan oxumağa başlayıblar. Deyilə bilər ki, dünyadakı digər böyük güclər arxada durub, kiçikləri Amerikanın qarşısına atırlar. Eyni zamanda o da söylənilə bilər ki, Amerikanın rəqibləri peyda olub və onlar dünya arenasında öz yerlərini tutmaq istəyirlər. Yəni dünya piroqundakı paylarının artırılmasına can atırlar.

vaqif mahmudov

Sizə təqdim etdiyimiz videoda siyasi analitik, ”AzPolitika.info”-nun şərhçisi Vaqif Mahmudov bu məsələlər barəsində düşüncələrini paylaşır. Onun fikrinə görə, indiki vəziyyəti müəyyən mənada Birinci Dünya Müharibəsi ərəfəsi ilə müqayisə etsək, həqiqət aşkarlanar. O, bildirir ki, dünyanın belə hala gəlməsinin təməli 20-ci əsrin əvvələrindən qoyulub və bunu dizayn edən qüvvələr, ABŞ-ı mərhələli yolla dünya arenasının fövqəldövlətinə çeviriblər.

Bu videoda həmçinin Federal Rezerv Sisteminin (FRS) yaranmasından həm əvvəl, həm də sonra pulun bir dəyər ölçü vahidi kimi necə transformasiyaya uğramasından da söhbət salınır. Digər yandan isə videoda maraqlı bir tezis irəliyə sürülür ki, dünyanın gələcəyinin hansı şəkil alması dövlətlərdən asılı olmayan məsələdir.

Belə hesab edirik ki, oxucular bu videoda onları düşündürən müəyyən məsələlərə cava tapa bilərlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=129731

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930