Böyük Britaniyada növbədənkənar seçkilər keçirilə bilər

17.07.2019 - 20:03

Böyük Britaniyanın sabiq xarici işlər naziri Boris Conson 2020-ci ildə növbədənkənar seçkilər keçirib “Brexit” üzündən çətinliklərlə üzləşən Leyboristlər Partiyasının lideri Ceremi Korbinlə bəhsləşmək niyyətindədir.

“The Times” xəbər verir ki, hazırda baş nazir kürsüsü uğrunda partiya daxilindəki mübarizəyə qoşulmuş B.Conson müxalifətin məhz hazırkı başçısı C.Korbinlə “döyüşmək” arzusundadır.

“Nə qədər ki, başçıları Korbindir, bu məsələyə son qoymaq istəyirəm. Leyboristlər arasında parçalanma var, “Brexit” onları məhv edir. Odur ki, ümumi seçkilərdə mübarizə aparacaq halları yoxdur”, – deyə B.Consonun komandasının bir üzvü bildirib.

Sabiq xarici işlər nazirinin yaxın ətrafı “Brexit”lə bağlı partiyadaxili ziddiyyətlər və antisemitizm ittihamları nəticəsində C.Korbini Leyboristlər Partiyası rəhbərliyindən kənarlaşdıra biləcəyindən narahatdır.

Böyük Britaniyada növbəti seçkilər 2022-ci ildə keçirilməlidir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=129751

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930