“ABŞ dünyada üstünlüyünü təmin etmək üçün müqavilələrdən çıxır” – Patruşev

06.08.2019 - 20:48

“Rusiya ümid edir ki, ABŞ da orta və yaxın mənzilli raketlərin yerləşdirilməsindən imtina edəcək, lakin rəsmi Vaşinqton bunu etmir”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

Onun sözlərinə görə, Rusiya elan edib ki, ilk olaraq heç yerdə silah yerləşdirməyəcək: “Çox istərdik ki, amerikalılar da analoji bəyanatla çıxış etsinlər, amma onlar bunu etmirlər”.

N. Patruşev xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ silahının istehsalı, sınağı, yerləşdirilməsinə nəzarət etməyi tapşırıb.

O bildirib ki, ABŞ Rusiyanın milli təhlükəsizliyinə təhlükə yaradacaq silahları yerləşdirməyə başlasa, Rusiya silahın harada və hansı həcmdə yerləşdirilməsindən asılı olaraq, buna adekvat reaksiya verəcək.

“ABŞ silahların məhdudlaşdırılmasına dair müqavilələrdən çıxmaqla dünyanın hər bir nöqtəsində üstünlüyə nail olmaq istəyir, lakin buna imkan vermək olmaz. Rəsmi Vaşinqtonun sazişdən çıxması dünyada xaosa gətirib çıxaracaq. Sadəcə strateji hücum silahları ilə bağlı müqavilə qüvvədə qalır. Artıq onlar bildiriblər ki, 2021-ci ildə bu müqavilədən də çıxmaq məsələsini nəzərdən keçirirlər”, – Təhlükəsizlik Şurasının katibi qeyd edib.

N. Patruşev vurğulayıb ki, ABŞ dünyada öz üstünlüyünü təmin etmək üçün müqavilələrdən çıxır: “Bu müqavilələr qüvvədə olduğu zaman, onlar dünyanın hər bir nöqtəsində açıq-aşkar üstünlüyə malik olmurlar. Bu müqavilələr qüvvədə olmadıqda isə, onlar hər bir yerdə, hər bir rəqibinə qarşı silah yerləşdirəcəklər. Bu isə xaosa gətirib çıxaracaq, çünki digər ölkələr də belə hallara reaksiya verəcək”.

Qeyd edək ki, avqustun 2-də ABŞ rəsmən orta və yaxın mənzilli raketlərin ləğvi ilə bağlı müqavilədən çıxıb. Buna səbəb olaraq isə Rusiyanın müqaviləni pozması göstərilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=131781

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031