“Danışıqlar əbədi davam edə bilməz” – Elmar Məmmədyarov

10.10.2019 - 17:46

5de3ab99-c4c9-4c7f-9d2e-0a78ef17de69“Hesab edirəm ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr bölgənin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir və bu sahədə investisiya layihələri üçün yaxşı imkanlar var”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov MDB Xarici İşlər Nazirləri Şurasının Türkmənistan paytaxtı Aşqabadda keçirilən dar tərkibli iclasında çıxışı zamanı bildirib.

“Lakin qeyd etmək lazımdır ki, Birlik məkanında həll olunmamış münaqişələr regional sabitliyə ciddi təhlükə yaradır. Bu baxımdan bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında tezliklə sülh yolu ilə həllinin vacibliyinə diqqət çəkmək istərdim”, – deyə XİN başçısı vurğulayıb.

E.Məmmədyarov bildirib ki, Azərbaycan münaqişənin ən qısa zamanda siyasi həllinin tərəfdarıdır: “Eyni zamanda danışıqlar əbədi davam edə bilməz və güc tətbiqi, işğal və etnik təmizlənmə nəticəsində yaranmış vəziyyəti davam etdirməyə və saxlamağa xidmət etməməlidir.

Qeyd etmək lazımdır ki, beynəlxalq münaqişələr, etnik təmizləmə və suveren ərazilərin işğalı, beynəlxalq sülh və təhlükəsizliyə, habelə Birliyin bütün ölkələrinin siyasi müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə təhlükə yaradan terrorizm də daxil olmaqla, trans-sərhəd təhdidlərin səviyyəsini artıran əsas amillərdən biridir.

Buna görə həll olunmamış münaqişələrin nizamlanması məsələsi diqqət və bütün ölkələrin səylərinin birləşdirilməsini tələb edir. Bir təşkilat olaraq MDB-nin topladığı müsbət təcrübə, ümumiyyətlə, ortaq məkanımızın problemlərinin həlli üçün faydalı ola bilər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=134399

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930