ReAL Partiyası növbədənkənar parlament seçkilərində iştirak üçün blok yaradıb

11.12.2019 - 15:35

ReAL Partiyası növbədənkənar parlament seçkilərinə blok şəklində gedəcək.

APA-nın xəbərinə görə, bu barədə Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri İlqar Məmmədov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu məqsədlə ReAl Cümhuriyyətçilər İttifaqı yaradılıb: “Blokda ReAl Partiyasının üzvləri və müstəqil namizədlər təmsil olunacaq. Parlamentə seçildikləri təqdirdə isə eyni adlı blok şəklində fəaliyyət göstərəcəklər”.

İ. Məmmədov “Başqa partiyalar ReAl Cümhuriyyətçilər İttifaqına qoşacaqmı” sualına cavabında deyib ki, onların mövqelərini dəstəkləyən qurumlar, təşkilatlar qoşulmaq istəsə, bu məsələyə baxılacaq və müvafiq qərar qəbul ediləcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=138476

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930