Cəmil Həsənli ölkəni birdəfəlik tərk edib – İDDİA

20.05.2020 - 09:14

Milli Şuranın sədri Cəmil Həsənli 8 aya yaxındır ki, Amerikaya gedib. Tarixçi alimin geri qayıtmaq fikrinin olmadığı açıq görünür. Onun Milli Şuranın iclaslarına internet üzərindən qatılması bunu deməyə əsas verir. C.Həsənlinin birdəfəlik Amerikaya köçdüyü yönündə də səslənən iddialar var.
Son olaraq, günlər öncə Milli Şuradan istefa verərək, səs-küy yaradan tanınmış yazıçı, rejissor Eldəniz Quliyev müsahibəsində gedişi barədə danışarkən C.Həsənlinin məsələsinə də toxunub. O, istefasını bu cür əsaslandırıb: “Xalqın mənafeyi əsas götürülməlidir, milli-mənəvi dəyərlərə sayğı ilə yanaşmaq lazımdır, siyasi maraqlar milli və dövlət maraqlarından sonra gəlməlidir. Biz bunu istəyirik. Təəssüf ki, Milli Şurada söylədiyim kriteriyalar ciddi şəkildə pozulur, təhrif olunur. Hakimiyyət pilləkəndir, onun sonuncu pilləsinə qədəm qoymaq istəyirsən, ancaq birinci pilləsi olan milli-mənəvi dəyərlər sistemini nəzərə almırsan. Onda ikinci pilləyə atdanıb çıxacaqsan? Bu, mümkün deyil axı, yıxılacaqsan, əziləcəksən, əzalarını sındıracaqsan. Siyasət yolunda bütün pillələri aramla keçəcəksən, əks təqdirdə, həmişə pilləkənin sonuna boylana-boylana qalacaqsan”.
O qeyd edib ki, yürüdülən yanlış siyasət nəticəsində Milli Şura ilə xalq arasında böyük çat yaranıb: “Xalqın avanqardına çevrilmək yolu tutubsansa, onun dəyərləri ilə hesablaşacaqsan, milli əxlaqına hörmət edəcəksən. Məntiqlə belə olmalıdır, sən xalqın fəlsəfəsinə zidd və ziyanlı olan amal yürüdəcəksənsə, məğlubiyyətə düçarsan. Mən belə olmasını istəmirdim. Az qala canım hesabına körpü yaratmağa çalışırdım. Üzərimdən gəlib keçirdilər – təhqirləri, ittihamları qəbul etməli olurdum, düşünürdüm, bu adamları səhv yoldan çəkindirə bilərəm, gedib uçuruma düşməsinlər deyə, özümü fəda edirdim. Milli Şuranın mənə qarşı belə münasibət sərgiləməsi ikiqat ağırdır”.
Cəmil Həsənlinin əqidə mutasiyasına uğradığını deyən E.Quliyev keçmiş sədrinin ABŞ-dan, ümumiyyətlə, qayıtmayacağına da eyham vurub: “Böyük bir siyasi təşkilatı pultla idarə etməzlər. Bu mənzərə eksentrik görünür. Gərək gedəndə vəzifəsini kiməsə tapşırardı. Bizə hər gün təzyiq edirlər, polislər məni iki dəfə saxlayıb, cərimə olunmuşam, rəhbər ABŞ-da oturub öz kefindədir. Cəmil Həsənli ABŞ-a hansısa proqram xətti ilə gedib, bir kitabı da çıxıb. Artıq ritorikası da dəyişib, iqtidara qarşı sərt, radikal çıxışlar edir. Burada olanda çəkinirdi. Cəmil Həsənli çox güman ABŞ-dan qayıtmayacaq”.
Milli Şura sədrinin gedişi ilə bağlı iddialardan biri də odur ki, AXCP lideri Əli Kərimli bunda maraqlı olub. Bu ehtimal belə əsaslandırılır ki, Kərimli özünü müxalifətin “şəriksiz lideri” kimi göstərmək üçün tarixçi professoru Amerikaya yola salıb.
Milli Şura ətrafında gedən müzakirələr sırasında qurumun Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin “sentyabrda hakimiyyətə gəlməyə hazırlaşdığı” yönündə dediyi fikirlər də yer alıb. O, bu fikirləri qurumun yayılan son rüsvayçı videolarının birində səsləndirib. Bu cür fikirlərin ortaya atılmasında C.Həsənlinin payının olduğu istisna edilmir. Onun Amerikaya gedişindən sonra Kərimli və ətrafının guya Amerikanın payızda Azərbaycanla bağlı planlar qurduğu, bunun üçün Həsənlinin danışıqların içərisində yer aldığı barədə cəfəng fikirlər dövriyə buraxdıqları qeyd olunur.(musavat.com)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=147078

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930