Arif Hacılıdan Gültəkin Hacıbəyliyə sərt cavab: Səməd Seyidovla birlikdə Avropa Şurasında öz saxta mandatı ilə

14.06.2020 - 23:35

Gültəkin Hacıbəyli Müsavat Partiyasını ittiham etdi, Arif Hacılıdan sərt cavab gəldi

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli sosial şəbəkədəki şəxsi səhifəsində Müsavat Partiyasına qarşı ittihamlarla çıxış edib. G.Hacıbəyli yazıb: “Böyük Məhəmməd Əmin Rəsulzadənin adı ilə yola çıxan bir partiya mühacir alverinə bulaşıb, “xalq yolunda cəfa çəkib” mühacir statusu alan 200 nəfər adsız “qəhrəmanını” xalqdan və hətta partiyanın sədr müavinlərindən, rəhbərliyindən ciddi-cəhdlə gizlədirsə, heç şübhəsiz ki, gec-tez hökumətin qarşısında gözükölgəli duruma düşüb cəmiyyətdə olan-qalan nüfuzunu itirəcəkdi”.

Daha sonra o, Müsavat rəhbərliyinə xitabən “lütfən, “alternativli, demokratik, seçki keçirmişik” deyib məlumatsız insanların gözünə kül üfürməsinlər. 1993- dən 2015-dək, düz 22 il alternativli seçkilərini görən olmayıb”-bildirib.

Milli Şuranın təmsilçisi ardınca yazıb: ““Demokratiyaları” isə bu ölkədə keçiriləcək ilk demokratik seçkidə istənilən dairədən ən yüksək səslə Milli Məclisə seçiləcəyi heç kimdə şübhə doğurmayan Azərbaycanın gerçək Milli Qəhrəmanı Tofiq Yaqublunu 150 nəfərlik partiya məclisinə seçməmələrindən bəllidir.

O Məclisə ki, Tofiq bəydən fərqli olaraq eyni soyaddan 4 nəfəri ora layiq biliblər”. G.Hacıbəyli bundan sonra da ittihamlarını davam etdirib.

Müsavat Partiyasının başqanı Arif Hacılı G.Hacıbəyliyə feysbuk-dakı səhifəsində cavab verib.

“Gültəkin Hacıbəyli başqalarının ona ünvanladığı əsaslı, əsassız ittihamlara cavab vermək, bundan əvvəl ünvanımıza dediyi böhtanlara görə bizdən üzr istəmək əvəzinə, Müsavatı yenidən hədəf seçib. Haqqımızda təhqiramiz ifadələr işlədib. Yeni böhtanlar atıb. Dırnaq arasında “xalq yolunda cəfa çəkib mühacir statusu alan müsavatçılar”, yenə dırnaq arasında “qəhrəmanlar” yazan adam bilirmi ki, yalnız 2003-cü ilin oktyabrında, yalnız Bakıda 1100 müsavatçı həbs olunmuş, döyülmüş, işkəncəyə məruz qalmışdı? Bilirmi ki, Müsavat Partiyası, müsavatçılar, indi Yeni Yasamalda olan zorakılıqların 100 qatı ilə üzləşmişdi? Bilirmi ki, özüm, qardaşlarım da daxil olmaqla 34 qohumum, dostum həbs olunmuşdu?” A.Hacılının yazdığığına görə, bu, o zaman idi ki, Gültəkin Hacıbəyli Səməd Seyidovla birlikdə Avropa Şurasında öz saxta mandatı ilə Azərbaycanı təmsil edib ölkədə siyasi məhbus olmadığını iddia edirdi. “Müsavatdan arayış alanlar Avropada sığınacaq almayıb. Bu yalandır. Müsavat Partiyası uzun illər ərzində partiya üzvlərinə bu sayda arayış verib. Bu arayışlar əsasən xaricə səfərə gedən, viza üçün səfirliklərə müraciət edən şəxslərə, məhkəmə işləri ilə əlaqədar tələblərə, Avropa ölkələrindən vəkillərin sorğularına cavab olaraq verilib. Bu arayışların məsələn, 5-i mənə, 6-sı Tofiq Yaqubluya verilib. 15-i bu gün də burada mübarizəsini davam etdirən, heç vaxt Azərbaycandan getməyi planlaşdırmayan müavinlərimə verilib. Bu rəqəmi də mətbuata biz açıqlamışıq. Başqa heç bir partiya, heç bir təşkilat belə dəftərxana məlumatlarını açıqlamır. Hətta əmin deyiləm ki, kimlərsə dəftərxana işinə Müsavatda olduğu qədər əhəmiyyət verir. Bu məlumatların müavinlərimdən gizli saxlanması barədə demoqoqiya da əsassızdır. Heç olmasa Müsavat başqanlığına namizədlərin canlı debatının bu gün də youtubeda olan videoyazısına baxın”-A.Hacılı yazıb.

Müsavat başqanı əlavə edib: “Gültəkin Hacıbəyli Müsavat Partiyasını ağır cinayətdə ittiham edib. Ağır cinayəti bilib gizlətmək ciddi cinayət sayılır. Tələb edirəm, onda olan məlumatları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq idarəsinə təqdim etsin. Əks təqdirdə bizim onu böhtana görə məhkəməyə verməyimiz vacib olacaq. Xanım Müsavatda keçirilən demokratik seçkilərə də laf atır”.

 

Musavat.com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=148260

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930