Sahibə Qafarova: “Türkiyə ilə Azərbaycan böyük işlər bacarır”

11.09.2020 - 15:40

“İki ölkə arasında mövcud ticarət həcmini artırmaq üçün potensial var”.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova bu ölkənin ticarət naziri Ruhsar Pekcanla görüşündə bildirib.

Pekcanın sözlərinə görə, 2019-cu ildə ikitərəfli ticarət dövriyyəsinin həcmi 4,4 milyard ABŞ dolları olub. Tərəflər bu rəqəmi artımaq üçün potensialın mövcudluğunu vurğulayıb.

“Gələcəyimizi birlikdə qururuq. Türkiyə ilə Azərbaycan böyük işlər bacarır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum təbii qaz xətti, Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr bütün türk dünyasının bir-biri ilə bağlayacaq xətdir. İki qardaş ölkənin fəaliyyəti nəticəsində həyata keçirilən bu layihə Azərbaycan və Türkiyənin Asiya ilə Avropa arasında bir nəqliyyat mərkəzi olma strateji hədəflərinin əhəmiyyətli bir parçasıdır. Bu strateji hədəfə tezliklə qovuşacağımıza əminəm”, – Sahibə Qafarova vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=154022

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930