“Niyə rayon almırıq” deyənlərə…

04.10.2020 - 15:24

Qonşuna güvənib sənin həyətinə keçməsinə icazə verirsən. Sənin başın başqa hadisələrə qarışan kimi isə qonşun fürsətdən istifadə edib hasarı irəli çəkərək, “bura elə əvvəldən mənim idi”, – deyir. Sən ona “adam dilində” başa salmağa çalışırsan ki, bura sənin deyil. O isə hər dəfə “həll edərik” deyə-deyə söhbəti uzadır və bir tərəfdən də hasarı hündürləşdirir, dibində xəndək qazır, manelər yaradır. Bir növ ermənilərin vaxtilə Azərbaycana qarşı etdiyi kimi…

27 sentyabrda cəbhəboyu hərbi əməliyyatlar başlayanda bir neçə kəndin anında alınması hər kəsdə böyük ruh yüksəkliyi yaratdı. Millətimiz heç vaxt olmadığı kimi ordumuzun Qarabağı geri qaytaracağına inandı. Əbəs deyil ki, ordumuz da xalqın bu inamını doğrultmağa çalışır. Cəbhədə olan hər bir zabit və əsgərimizin önündə baş əyirik.

Cəbhədən uzaqda oturub “Niyə rayon almırıq?” deyənlərin sayı az deyil. Amma onları da başa düşürəm, ordumuz əməliyyatların ilk günü ildırım sürəti ilə hərəkət edərək, bir çox kənd və strateji məntəqələri düşməndən azad etdi. Əməliyyatların bir həftəsinin tamamında isə Madagiz kimi əhəmiyyətli və daha 7 kənd işğaldan azad edildi. Odur ki, hər kəs böyük həvəslə “Füzuli alındı”, “Cəbrayıl işğaldan azad edildi”, “Ordumuz Şuşaya girdi” və s. başlıqlı xəbərlər gözləyir.

Amma əziz millətim, çox həssas bir məqama nəzər yetirək. İllərdir gah Rusiyaya, gah Sorosa əlaltılıq edən Ermənistan gec-tez Azərbaycanın qəzəbinə tuş gələcəyini bilirdi. Odur ki, işğaldan sonra bütün cəbhəboyu o qədər möhkəmləndirmə tədbirləri görüblər ki, bircə divar çəkmədikləri qalıb. Əlbəttə, bu, onların bizdən nə qədər qorxuqlarının göstəricisidir. Əvvəla, quru ərazini başdan ayağa minalayıblar. Labirint kimi səngərlər qazıblar. Dağlıq ərazilərdə möhkəm sığınacaqlar düzəldiblər. Quru yolla ərazini keçməyi çox çətinləşdiriblər. İkincisi də həmişə irəli hücum etmək daha çətindir, müdafiə olunmaq isə daha asan. Hiyləgər ermənilərin tələsinə düşməmək üçün ordumuzun quru ərazi ilə açıq-aşkar şəkildə irəliləməsi yanlış addım olardı. Odur ki, bu gün cəbhədə taktika savaşır, hərbçilərimizin ağıllı gedişləri, manevrləri, müasir texnikalı silahlar savaşır. 1990-cı illərdəki kimi əldə avtomat düşmən üstünə gediləsi dövr deyil.

Deyə bilərsiz ki, bəs niyə havadan bombardman edib irəliləmirik? İllərdir Rusiyanın “maşa”sı olan Ermənistan əlbəttə ki, bunun qarşılığında hansısa hədiyyələr alıb. Məsələn, “S-300” hava hücumundan müdafiə sistemləri kimi. Bu sistemlər hərbi hava qüvvələrimizin səmada rahat hərəkət etməsinə maneə yaradır. Amma peşəkar hərbçilərimiz artıq bu sistemləri də bir-bir məhv etməyə başlayıblar.

Uzun sözün qısası, əziz həmvətənlərim, ordumuz hazırda cəbhədə ermənilərin tam qırılma xəttindədir. Hansı ki, bu qırılma xətti 30 ilə yaxındır qurulub, möhkəmləndirilib. Məhz bu gün həmin xətt bizi yavaşlada bilir. Diqqətli olun, yavaşlada bilir deyirəm, dayandırır demirəm. Çünki Azərbaycan əsgəri dayanmır, daim irəliləyir. Əmin olun, həmin qırılma xəttini keçən kimi, ardı “iki vur iki” kimi gələcək. Qarşımızda minalanmış ərazilər, səngərlər, istehkam qurğuları olmayacaq. Yaşayış məntəqələrində irəliləmək, cəbhədə irəliləməkdən qat-qat asan olacaq. Əzə-əzə gedəcəyik. Bəlkə də o qırılma xətti keçiləndən bir neçə gün sonra Şuşamıza, Xankəndimizə qovuşacağıq.

Gəlin, inanaq. İnanaq ki, o gün çox uzaqda deyil. İnanaq ki, bizə dönük çıxan qonşumuzun hasarını darmadağın edib, Ana Vətənimizin can parçasını geri alacağıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=155387

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930