Müharibə dövründə müxalifət partiyaları necə çalışır – açıqlama

15.10.2020 - 10:22

Opponentlik  təbii olaraq unudulub, hər kəsin diqqəti və dəstəyi orduya, dövlətə yönəlib

Sentyabrın 27-dən Azərbaycan xalqı, ordusu Vətən müharibəsi aparır. Xalq-dövlət, xalq-iqtidar birliyi heç vaxt görünməmiş səviyyəyə çatıb. Hətta hakimiyyətə qarşı müxalifət mövqeyində olan partiyalar belə, vətən müharibəsində siyasi mövqeni arxa plana keçiriblər.

AXP sədri Pənah Hüseyn bildirdi ki, Vətən müharibəsində müxalifətçilik ola bilməz. Ona görə də fəaliyyətlərini tamamilə müharibəyə, vətən savaşına dəstək verməyə yönəldiblər.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirdi ki, müharibə gedir və belə vəziyyətdə müxalifət partiyası olaraq Azərbaycan hakimiyyəti ilə müttəfiqdirlər. Müxalif siyasi təşkilatlar öz müxalifətçilik fəaliyyətlərini faktiki olaraq dondurublar: “Hakimiyyətin müharibə ilə bağlı təşkil etdiyi və edəcəyi hansı tədbir varsa biz orada iştirak etməyə hazırıq.

Məndən çox hakimiyyəti sərt tənqid edən olmayıb, amma..." - ELŞAD MUSAYEV /  TAM HİSSƏ - Hürriyyət

Siyasi bəyanatlarımızı veririk. Milli birlik, xalqda, orduda ruh yüksəkliyini artırmaq istiqamətində addımlar atırıq”.

Sərdar Cəlaloğlu: “Qadının özbaşınalıq hüququ yoxdur, ərə tabe olmalıdır” -  VİDEO

ADP sədri Sərdar Cəlaloğlu da bildirdi ki, müxalifətçilik fəaliyyətini hazırda dayandırıblar, lakin siyasi fəaliyyəti daha da gücləndiriblər. Çünki Vətən müharibəsi hər kəsin, o cümlədən partiyaların aktivliyini tələb edir: “Siyasi bəyanatlar yayırıq. Dünya ictimaiyyətinə müraciətlər edirik. Azərbaycanda milli birliyi möhkəmlətmək istiqamətində işlər görürük. Azərbaycana olan xarici təzyiqləri neytrallaşdırmaq istiqamətində biz də öz üzərimizə düşən işləri edirik. Bütün səyimiz qələbəyə yönəlib. Bu qələbənin də həm siyasi, təbliğati, həm ideoloji işlərində iştirak edirik. Partiyanın üzvlərinə müraciət etmişik ki, Vətən müharibəsində iştirak üçün könüllü getmək lazımdır. Xeyli partiya üzvümüz könüllü gedib. Hər şey Vətən üçün şüarı ilə fəaliyyət göstəririk”.

Partiya sədri prezidentin çağırışına qoşuldu - Fuad Əliyev qeydiyyatdan  keçdi » Vertikal.az

ALDP sədri Fuad Əliyev də bildirdi ki, müxalifətçilik fəaliyyətini müharibəyə görə kənara qoyublar. Siyasi fəaliyyət davam edir: “Fəaliyyətimizi daha da gücləndirmişik. Partiyamız xaricdə əməkdaşlıq etdiyimiz partiyalara Azərbaycanın haqq işi ilə bağlı məlumatlar verib, onları Azərbaycanın haqq işini müdafiə etməyə çağırmışıq. Bu cür addımlarımız davam edir. ALDP orduya dəstək olaraq təşviqat videoçarxı hazırlayıb və sosial şəbəkələrdə paylaşıb. Vətən müharibəsinə mümkün olan dəstəyimizi verməyə çalışırıq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156082

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930