BP-nin Qarabağla bağlı qəti mövqeyi – bu həm də Britaniyanın dəstəyi deməkdir

21.10.2020 - 10:16

Xəbər verdiyimiz kimi, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz baş nazir Əli Əsədova məktub ünvanlayıb. Nazirlər Kabinetindən “Yeni Müsavat”a verilən məlumata görə, məktubda Azərbaycanın öz ərazi bütövlüyünün bərpa edilməsi uğrunda apardığı mübarizədə Azərbaycan xalqına dəstək ifadə edilib.

Qəri Counz Gəncə şəhərinin və eləcə də Azərbaycanın digər şəhər və kəndlərinin son günlərdə atəşə tutulması nəticəsində mülki əhali arasında itkilərin olması xəbərindən dərindən kədərləndiyini vurğulayıb, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib. Məktubda həmçinin Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyan bu dövrdə cari neft və qazın hasilatı və nəqli prosesinin fasiləsiz həyata keçirilməsini təmin etmək üçün bp heyəti tərəfindən bütün mümkün səylərin göstərildiyi qeyd olunub.

Dünyanın ən böyük və nüfuzlu şirkətlərindən biri olan bp-nin Azərbaycanın haqq davasına dəstək ifadə edən mövqeyi ölkəmiz üçün hansı üstünlüklər yaradır? Azərbaycanın neft-qaz sektorundakı layihələrdə çalışan digər şirkətlərdən də analoji dəstək görə bilərikmi?

Politoloq, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin fikrincə, bp Azərbaycana dəstəyini ifadə etmək məsələsində hələ bir qədər gec qalıb: “BP bu dəstəyi çoxdan verməliydi. Çünki Ermənistan və onun havadarlarının Azərbaycan ərazilərini işğal etməkdə əsas hədəflərindən biri də məhz Azərbaycanın karbohidrogen ehtiyatlarının çıxarılması və Avropa bazarına nəql olunmasının qarşısını almaqdır. Bilirsiniz, bu, çoxtərəfli müharibədir. Bu müharibənin arxasında dayanan maraqlardan biri də geoiqtisadi səbəblidir. Məhz bu geoiqtisadi səbəbdən, eyni zamanda enerji-iqtisadi maraqlar baxımından Ermənistan və onun havadarı Azərbaycanın karbohidrogen ehtiyatlarının istismarında və Qərbə nəqlində maraqlı deyillər. BP və Azərbaycanda maraqları olan şirkətlər bunu yaxşı bilirlər. İşğalın davam etməsi onların da maraqlarına birbaşa ziyan vurur”.

Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ »  YeniSözçü qəzeti

Sülhəddin Əkbər: “BP həm Böyük Britaniyanın kəşfiyyatı, həm siyasəti, həm də xarici siyasəti deməkdir”

Partiya sədri bildirir ki, Bp yalnız şirkət olaraq qəbul edilməməlidir: “BP həm Böyük Britaniyanın kəşfiyyatı deməkdir, həm siyasəti, həm də xarici siyasəti deməkdir. O mənada, bp-nin bu açıqlamasını, iyuldakı Tovuz hadisələrindən sonra Böyük Britaniyanın verdiyi açıqlamalar da nəzərə alınarsa, Böyük Britaniyanın dolaylı dəstəyi kimi qəbul etmək olar. Yaxşı olardı ki, Azərbaycan Bp-dəki əlaqələrindən istifadə edərək Böyük Britaniyanın rəsmi dəstəyinə də nail olsun, xüsusilə siyasi-diplomatik cəbhədə ona basqıların artdığı bir vaxtda. Azərbaycan cəmiyyəti müharibənin getdiyi bir vaxtda hamını diqqətlə izləyir: kimin dost, kimin düşmən olduğunu, kimin isə bu ağır günlərdə Azərbaycana laqeyd yanaşdığını qeydə alır. Ona görə də mənə elə gəlir ki, bp şirkəti düzgün addım atıb, bu addımın Böyük Britaniyanın açıq siyasi dəstəyinin alınmasına qədər tamamlanması lazımdır”.

İlham Şaban: “Çindən gələn xəbərlər bazara daha ciddi təsir edir”

İlham Şaban: “Buraya milyonlar qoyub milyardlar götürən digər şirkətlər susur”

Enerji məsələləri üzrə ekspert, “Neft” Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, bp rəhbərinin Azərbaycanın hökumət başçısına məktubu başadüşüləndir: “Öz dəstəyini ifadə edir və orada qeyd olunanlarla mən də tam razıyam. Bu dəstək nədən qaynaqlanır? BP Bakıda öz ofisini 1992-ci ildə açıb, ilk müqaviləsini 1994-cü ildə imzalayıb. Azərbaycanın həm neft, həm də qaz yataqlarının istismarında iştirak edir, ixrac infrastrukturunda layihələrin operatorudur, hazırda kəşfiyyat layihələrində də aktiv iştirak edir. Yəni bp Azərbaycanın enerji sektorunda ən böyük paya malikdir. BP Azəbaycanın enerji sektoruna çox uzunmüddətli dövr üçün böyük həcmli yatırımlar edib. 2017-ci ildə ”Azəri-Çıraq-Günəşli” yataqları üzrə 2050-ci ilə qədər yenilənmiş müqavilə imzalanıb, “Şahdəniz” layihəsinin müddəti 2048-ci ilə qədərdir. Buna görə də bp-nin öz layihələrini normal həyata keçirməsi üçün stabillik başlıca şərtdir. Bu baxımdan, bp-nin Azərbaycana dəstəyi başadüşüləndir”.

Ekspert Azərbaycanın neft-qaz sektorunda digər layihələrdə operator olan şirkətlərin susmasını düzgün hesab etmir: “Çox təəssüf ki, onların səsləri belə çıxmır. Hər halda, bu 24 gündə biz bunu görmədik. BMT Təhlükəsizlik Şurasının üzvü olan Çinin 2002-ci ildən Azərbaycanın qurudakı ən böyük yataqlarının işlənməsində iştirak edən dövlət şirkəti var, amma səsi çıxmır. Digər tərəfdən, Minsk Qrupunun həmsədri olan Fransanın ”Total” şirkəti buradadır, 1996-cı ildən Bakıda ofis açıb. Müxtəlif layihələrdə – neft, qaz, nəql infrastrukturunda iştirak edir. “Bakı-Tiflis-Ceyhan” Əsas İxrac Boru kəmərinin səhmdarıdır, amma Ermənistan bu kəməri vurmağa çalışanda səsini belə çıxarmadı. Yaxud “Equinor” şirkəti. Çox təəssüf doğuran haldır ki, burada milyonlar qoyub milyardlar əldə edəsən, amma uzun müddət fəaliyyətdə olduğun ölkənin yanında olmayasan”…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156384

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930