Ərdoğanın Avropa İttifaqına çağırışının pərdəaxrası

02.12.2020 - 10:17

Elşən Mustafayev: “Türkiyə prezidentinin belə bir vəziyyətdə açıqladığı fikirlərin arxasında…”

Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında dondurulmuş danışıqlar yenidən başlaya bilər. Qardaş ölkənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın bugünlərdə verdiyi mesajlar bunu deməyə əsas verir. Türkiyə prezidenti ölkəsinin yerinin Avropa olduğunu yenidən elan edərək bunları deyib: “Özümüzü başqa yerdə yox, Avropada görürük. Gələcəyimizi Avropa İttifaqı ilə birlikdə qurmaqda təsəvvür edirik”.

Göründüyü kimi, Ərdoğan Aİ-yə yönəlik açıq və net mesaj ünvanlayıb. Özü də bu bəyanat qurumun 11-12 dekabrda keçiriləcək zirvə toplantısı ərəfəsində verilib. Bu da haqlı olaraq, zirvə toplantısına sayılı günlər qalanda Ərdoğanın bu dediklərinin nəyin göstəricisi olduğu barədə suallar yaratmaya bilməz.

Hər kəsə bəllidir ki, bu “xristian klubu”nda yarandığı gündən bu günə qədər qardaş dövlətə qarşı münasibət heç zaman yaxşı olmayıb və hazırda da bu belədir. Türkiyənin üzvlüyünün daim əleyhinə çıxış edən dövlətlərdən olan Fransa və Niderlandla münasibətlərdəki gərginlik son günlərdə yenidən ən pik həddə çatıb. Belə bir durumda Ərdoğanın bu cür fikirlər önə çəkməsinin arxasında nələrin dayandığı ilə bağlı ekspertlərin ən müxtəlif mövqelərinə, ehtimallarına rast gəlirik.

Beynəlxalq münasibətlər üzrə ekspert Elşən Mustafayev Ərdoğanın fikirlərinin səbəbi  olduğunu düşünür: “Türkiyənin uzun illər Avropa İttifaqına üzv olmaq məqsədilə apardığı işlər daim dalana dirənib. Hər dəfə müxtəlif bəhanələrlə məsələnin uzadılmasının şahidi olmuşuq. Ərdoğan hakimiyyətə gəldiyi ilk illərdə bu məsələ ilə çox ciddi məşğul olmağa başlamışdı. Amma sonradan gördü ki, üzvlük məsələsi ilə bağlı yaradılan əngəllər sünidir və hansısa məqsədlər daşıyr. Özündən öncəki hakimiyyətlərdən fərqli olaraq açıq şəkildə bəyanat verdi ki, Türkiyə Avropa İttifaqının üzvü olmadan da inkişaf edib güclü dövlətə çevrilə bilər. Əslində bu addımı ittifaq rəhbərləri üçün gözlənilməz olmuşdu və şok effekti yaratmışdı. Həmin dövrdən bu günə kimi olan müddətdə Ərdoğan dediklərini əməli şəkildə həyata keçirməklə məşğul idi. Amma nəzərə alınmalıdır ki, Türkiyənin Avropa Birliyi ölkələri ilə əlaqələri qarşılıqlı olaraq çoxşaxəlidir və istəsələr də, istəməsələr də, bununla hesablaşmalıdırlar. Açığı, Qərb ölkələri hər zaman bununla hesablaşıblar. Fikir versək görərik ki, Avropa İttifaqında Türkiyə əleyhinə hər zaman kəskin mövqe qoyan ölkələr Yunanıstan, Kipr və Fransa olub. Bu üç dövlətin Türkiyə ilə tarixi düşmənçiliyi var.

Elşən Mustafayev: “Müxalifətçiliyi monopoliyaya almaq yolverilməzdir” -

Elşən Mustafayev

Bəziləri isə ehtiyatlı şəkildə mövqelər ortalığa qoyublar. Amma Avropa İttifaqının əksər ölkələrinin Türkiyəyə münasibəti normaldır, hətta bəziləri ilə yüksək səviyyədədir. Hazırda bu qurumda vəziyyət əvvəlki illərlə müqayisədə xoşagələn deyil. Böyük Britaniyanın oradan çıxması ilə ayrı-ayrı ölkələrdə mərkəzdənqaçma meyllərinin artması, ittifaqın siyasətinə zidd müstəqil qərarlar qəbul edilməsi qurumda yaranan çatların daha da dərinləşəcəyinə işarədir. Belə bir zamanda Türkiyənin Yunanıstan, Fransa və Kiprə Egey dənizində son günlər yaşatdığı problem və bu problemdən dolayı həmin üç ölkənin Türkiyəyə qarşı sanksiyalar tətbiq etmək çağırışlarının Avropa İttifaqında dəstək almamasını da xatırlatmaq lazımdır. Hesab edirəm ki, Ərdoğanın belə bir vəziyyətdə açıqladığı fikirlərin arxasında ittifaqda yaranmış vəziyyət və eyni zamanda həmin qurumun içində dəstəyinin artması durur. Avropada pandemiya səbəbindən iqtisadi vəziyyətin ağırlaşması, insanlar arasında narazılıqlar, Türkiyə ilə qarşıdurmaya gediləcəyi halda ərazisində olan milyonlarla qaçqının Avropaya yönəldiləcəyi təhlükəsi birliyin əsas dövlətlərini, xüsusilə Almaniyanı çox narahat edir. Düşünürəm ki, Ərdoğanın bəyanatının arxasında yəqin ki, bizim bilmədiyimiz danışıqların, müzakirələrin də rolu az deyil. Amma onu deyə bilərəm ki, yaxın müddətə ittifaqa üzvlük məsələsinə inanmasam da, artıq Türkiyəyə qarşı ciddi şərtlərin irəli sürülməsi olmayacaq. Həmçinin Türkiyənin bu günə qədər apardığı siyasətin konrturlarında öz marağı və istəyi olmadan hansısa dəyişiklik edəcəyini də gözləmirəm. Türkiyə regionda söz sahibi olan dövlətə çevirilib və bunu artıq Qərb, ABŞ, hətta Rusiya belə etiraf edir. Eyni zamanda Egeydəki problemin hamını çox narahat etdiyi bir vaxtda NATO üzvü olan dövlətlərin aralarında hər hansı hərbi qarşıdurma olacağından çəkinildiyi üçün münasibətlərdə yeni dönəmin başlayacağı gözlənilə bilər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=157905

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930