Rusiyalı analitik: “Türkiyə Qafqazda Kremlin hesablaşdığı yeni reallıq yaradıb”

30.01.2021 - 16:49

“Cənubi Qafqazdakı vəziyyətin gələcək inkişafı Türkiyənin bölgədə Rusiyanın xüsusi rolu ilə hesablaşmağa nə dərəcədə hazır olmasından asılıdır”.

Musavat.com xəbər verir ki, bu sözləri NovostiNK erməni portalına Moskvadakı Beynəlxalq Araşdırmalar İnstitutunun Avroatlantik Təhlükəsizlik Mərkəzinin aparıcı tədqiqatçısı, “Beynəlxalq analitika” jurnalının baş redaktoru, politoloq Sergey Markedonov söyləyib.

“Bu gün biz görürük ki, Ankara indiyədək Moskvanın Ermənistanla Azərbaycan arasında və bütövlükdə bölgədə təşviq etdiyi infrastruktur layihələrinin inkişafını şübhə altına almağa çalışmır, o ki ola hansısa formada bölgədəki kommunikasiyaların blokadadan çıxarılmasının qarşısını almağa. Ancaq bu səliqəli tarazlığın tam olaraq bundan sonra da saxlanacağını və davam edəcəyini söyləmək hələ tezdir”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, bütövlükdə bölgədəki 44 günlük müharibənin nəticələrindən sonra həm Rusiyanın, həm də Türkiyənin mövqelərinin açıq şəkildə möhkəmlənməsi baş verib. Sonuncu məqam, analitikin fikrincə, yığılmış bütün problemlərin və məsələlərin həlli barədə danışmağın hələ tez olduğunu sübut edir. Çünki Markedonova görə, Türkiyənin güclənməsi fonunda Moskva Suriyadakı və Liviyadakı kimi hansısa bir şəkildə öz maraqlarını Ankaranın maraqları ilə əlaqələndirməlidir.

“Atəşkəsə birgə nəzarət mərkəzinin işə başlaması da bunun təsdiqidir. Beləcə, türk faktoru yeni reallıqlar yaradıb və o səbəbə Rusiya Cənubi Qafqazdakı hər addımını daha diqqətlə hesablamaq zorundadır. Və mən düşünmürəm ki, Türkiyənin hərbi mövcudluğunun regionda leqallaşması Moskvada rəğbət doğurur. Ancaq hər hansı narazılıq da yaratmır. Səbəb Türkiyənin geosiyasi rolunun ikili xarakreidir”, – deyə ekspert vurğulayıb.

Bu xüsusda fikrini davam etdirən rusiyalı təhlilçi ilk öncə Ankaranın öz üzərində ABŞ dominantlığını rədd etməsini xatırladıb. “Belə bir məqam Türkiyəyə NATO-da üsyançı bir ölkə rolu verir. O üsyançı ölkə ki, onun Rusiya ilə hərbi-texniki əməkdaşlığı ümumilikdə alyansın və xüsusilə ABŞ-ın başağrısına səbəb olub. İstənilən halda bütün bunlar heç bir şəkildə Türkiyəyə Rusiyanın müttəfiqi statusu vermir və Moskvada bunu yaxşı bilirlər”, – deyə o sözünə əlavə edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160409

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930