Rusiyadan köçən siyasi mühacirlərə sistematik transmilli repressiyalar tətbiq olunur – Freedom House

04.02.2021 - 16:04

“Dünyada onlarla ölkə, həmçinin Rusiyada siyasi səbəblərdən dolayı xaricə mühacirət edən şəxslərə qarşı sistematik zorakılıq və təzyiq həyata keçirir”.

Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, bu barədə “Freedom House” təşkilatının hesabatında deyilir.
2014-cü ildən bu yana Freedom House ən az 608 transmilli repressiya halı müəyyən edib. Bunun içində qətllər, adam qaçırma, qeyri-qanuni deportasiya kimi hallar da yer alıb. Sənəddə son illərdə 31 dövlətin 79 ölkədə bu cür fəaliyyəti həyata keçirdiyi vurğulanır.

Hesabatda Rusiyaya xüsusi yer ayrılıb. Təşkilatın verdiyi informasiyaya əsasən, RF tərəfindən 32 sənədləşmiş transmilli repressiya həyata keçirilib. Onlardan 20-i Çeçenistanda Kadırov və onun klanına qarşı çıxan şəxslərə qarşı gerçəkləşdirilib.
“Freedom House” ekspertləri Rusiyanın bu məqsədlə, mühacirləri sıxışdırmaq üçün “İnterpol”un imkanlarından gen-bol yararlandığını müəyyən ediblər. İnterpola “qırmızı büllleten”lə axtarılan şəxslərə görə verilən sorğuların 38%-i Rusiya Federasiyasının payına düşür.

“On minlərlə çeçen Avropada siyasi sığınacaq tapmaq ümidi ilə Rusiya Federasiyasını tərk edib. Həmin insanlar Çeçenistanda özlərinə və yaxınlarına qeyri-insana davranışlardan, sui-qəsdlərdən, əsassız həbslərdən danışırlar. Lakin hətta xaricə üz tutmaq belə onları təqibdən yaxasını qurtarmır”,-deyə sənəddə bildirilir.

Hesabatda Çeçenistanda baş verən özbaşınalıqlardan yazan “Vətəndaş yardımı” komitəsinin nümayəndəsi Maqomed Qadayevin başına gələnlərdən danışılır. Adı keçən şəxs ona yaşadığı şəhərdə naməlum zənglər gəldiyini bildirib. Həmin adamlar M.Qadayevə Avropada yaşadığı ünvanı, hətta avtomobilin nömrəsinə qədər hər şeyi bildiklərini, habelə Çeçenistanda qalan qohumları ilə haqq-hesab çəkəcəklərini söyləyirlər.

“Freedom House”un sənədində bloger Tumso Əbdürəhmanovun da eyni təzzyiqlərə, hətta 2020-ci iln fevral ayının 26-da İsveçdə qaldığı evdə sui-qəsdə məruz qaldığı qeyd olunur.

Hesabatda çeçen mühacir və siyasi fəal, keçmiş döyüşçü Zəlimxan Xanqoşvilinin 2019-cu iiln avqustunda Berlində öldürülməsi hadisəsinə də geniş yer ayrılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160584

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930