İrəvanda və Xankəndidə olan heykəllər mütləq sökülməlidir – Deputat

06.05.2021 - 16:21

 

İrəvanda və Xankəndidə olan heykəllər mütləq sökülməlidir - Deputat

 

“Faşizmin hər cür təzahürü zərərlidir, dağıdıcıdır və insanlara bəla gətirir”.

Bunu  açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Millət vəkili söyləyib ki, alman faşizmi çoxsaylı Avropa və eyni zamanda postsovet coğrafiyası xalqlarına böyük bəlalar və faciələr yaşadıb:

“Nəzərə almaq lazımdır ki, alman faşizminə qarşı mübarizə “sovet xalqları”nın ortaq siyasi keçmişi olmaqla bərabər, həm də onların ortaq faciəsi olub. Ona görə də bir qrup Rusiya vətəndaşının faşizmi təbliğ edən erməni siyasətinə qarşı fəaliyyəti başadüşüləndir. Azərbaycan da həmişə erməni faşizmini və alman faşizminin simvollarından birinə çevrilən Qaregin Njde adlı faşistin təbliğ edilməsini pisləyib və ona qoyulan heykəlin götürülməsini tələb edib. Əslində, buna qismən nail də olub. Rusiya Federasiyasının Krasnodar vilayətində artıq ermənilər tərəfindən qoyulan heykəl sökülüb. İrəvanda və Xankəndidə olan heykəllər də mütləq sökülməlidir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=163249

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930