ABŞ geri çəkildi, Rusiya isə… – Lavrovdan KRİTİK AÇIQLAMA

09.07.2021 - 19:46

 

ABŞ geri çəkildi, Rusiya isə... - Lavrovdan KRİTİK AÇIQLAMA

 

“Əfqanıstanda baş verənlər yalnız problemlərin müttəfiqlərimizin ərazilərinə yayılması baxımından bizi narahat edir”.

Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov hindistanlı həmkarı Subrahmanyam Caişankar ilə Moskvada görüşündən sonra təşkil edilən mətbuat konfransında deyib.

“Taliban”ın İran və Tacikistan sərhədlərindəki nəzarət nöqtələrini ələ keçirdiyini qeyd edən Lavrov hərbi fəaliyyətlərin yalnız Əfqanıstan ərazisində baş verdiyi müddət ərzində Rusiyanın heç bir şey etməyəcəyini açıqlayıb: “Bütün əfqanların dəstəklədikləri siyasi prosesin ən qısa müddətdə başlaması üçün israrlı çağırışlarımızı təkrarlamaqdan başqa heç bir addım atmayacağıq”.

S.Caişankar isə Əfqanıstandakı proseslərlə birbaşa maraqlandıqlarını dilə gətirib. Orada şiddətin azaldılmasının vacib olduğunu vurğulayan Caişankar bildirib ki, bu proseslər həm Əfqanıstana, həm də qonşu ölkələrə təsir edir: “Şiddət həll yolu deyil, bu səbəbdən Əfqanıstanda şiddətin azalmasını istəyirik. Nəticədə Əfqanıstandakı vəziyyəti düzəldənlər də qanuni olmalıdır, buna laqeyd qalmaq olmaz”.

Kremlin sözçüsü Dmitri Peskov qeyd edib ki, rus səlahiyyətliləri Moskvada “Taliban” heyəti ilə görüşüb. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin də bu görüşlərdən xəbərdardır.

” “Taliban”la əlaqənin qurulması Əfqanıstandakı və Əfqanıstan-Tacikistan sərhədindəki vəziyyətin inkişafı baxımından lazımdır”, – Peskov əlavə edib.

Rusiya Xarici İşlər Nazirliyi Vladimir Putinin Əfqanıstandakı xüsusi elçisi Zamir Kabulov və “Taliban” heyətinin Moskvada görüşdüyünü açıqlayıb.

Akqabay

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=164966

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930