Həmsədrlərin Şuşaya getməkdən imtina etməsi… – Deputat

12.07.2021 - 11:53

 

Həmsədrlərin Şuşaya getməkdən imtina etməsi... - Deputat

 

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Şuşaya getməkdən imtina etməsi təəssüf doğursa da, bunun Azərbaycanın haqq işinə və eləcə də işğaldan azad olunan torpaqlarımızın bərpa və quruculuq işlərinə hər hansı təsirləri olmayacaq.

Bunu millət vəkili Vüqar Bayramov qeyd edib.

O bildirib ki, sözügedən ölkələrin bu məsələdə sərgilədikləri mövqelərinə rəğmən həmin dövlətlərin regionda əsas iqtisadi tərəfdaşı məhz Azərbaycandır: “2019-cu ildə Azərbaycanın ABŞ, Fransa və Rusiya ilə ümumi ticarət dövriyyəsi 4 milyard 601 milyon dollar olub. Uyğun olaraq Rusiya ilə 3 milyard 22 milyon dollar, ABŞ ilə 791 milyon 884 min və Fransa ilə 787 milyon 366 min dollarlıq dövriyyə qeydə alınıb. “WITS”-in məlumatına görə, həmin il Ermənistanın sözügedən 3 ölkə ilə ümumi ticarət dövriyyəsi 2 milyard 209 milyon dollar olub. Düşmən ölkənin əsas xarici ticarət tərəfdaşı 2 milyard 209 milyon dollarlıq dövriyyə ilə Rusiyadır. Uyğun olaraq, ABŞ ilə 183 milyon 93 min, Fransa ilə isə 91 milyon 666 min dollarlıq xarici ticarət dövriyyəsi qeydə alınıb”.

V.Bayramov əlavə edib ki, Cənubi Qafqaz ölkələri ilə olan ticarət ABŞ, Fransa və müəyyən mənada Rusiyanın ümumi ticarət dövriyyəsində xüsusi paya malik olmasa da, bu göstəricilər ölkələrin regiondakı iqtisadi güclərini aydın şəkildə göstərir: “Azərbaycan işğal altında olan torpaqlarını, o cümlədən Şuşa şəhərini Ali Baş Komandanın rəhbərliyi ilə güclü ordusu sayəsində azad etdi. Bəzi dövlətlərin hansı mövqelərdə olmasından asılı olmayaraq, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri ölkəmizin iqtisadi gücü ilə yenidən qurulacaq və inkişaf edəcək. Bu, yeni reallığın formalaşdırdığı həqiqətdir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=165029

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930