Erməni diversantlar qaytarıldı: Bakının jesti nəyə hesablanıb?

20.10.2021 - 14:04

Azərbaycan dünən daha beş erməni diversantı ölkəsinə qaytarıb.

Həmin diversantlar Azərbaycan Ordusuna qarşı ağır cinayətlər və zorakılıq əməlləri törətmədiklərinə görə geri qaytarılıb. Onların təhvil verilməsi Rusiya sülhməramlı kontingentinin keçmiş komandanı general Rüstəm Muradovun iştirakı ilə baş verib.

 

Bu, bizim növbəti humanitar jestimiz kimi qiymətləndirilməlidir, yoxsa Azərbaycan tərəfinin istəkləri olub?

 

Ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, belə jestlər, diplomatiyada normal addımlar sayılır və Azərbaycan tərəfi erməni ictimaiyyətini ələ almaq niyyətindədir:

“Ermənistanla bütün proseslər sülhə doğru gedir. Düşünürəm ki, Azərbaycan üçün sülh və təhlükəsizlik vacib bir məsələdir. Bizim tərəfimizdən də atılan bu addım düzgün siyasətdir. Kimin vasitəçilik etməsi bizim üçün o qədər də vacib deyil. Düşünürəm ki, bağlı qapılar arxasında bəzi məqamlar var və onlar bizə təqdim edilmir. Ancaq Azərbaycan dövləti müstəqil bir dövlətdir. Hansı addımı atacağını bilir. Demək ki, bizim maraqlardan irəli gələn addımlar atılır. Həmçinin biz indi deyə bilmərik ki, Azərbaycan nə qarşılığında əsirləri verib. Hər halda biz Ermənistan cəmiyyətinə də sülh müqaviləsi ilə bağlı belə jestlərlə müəyyən şəkildə təsir edirik”.

 

Şair Ramaldanov əsirlərin verilməsində Rüstəm Muradovun yenidən iştirakına da aydınlıq gətirib.

“Sülhməramlıların öz funksiyaları var. Yəqin ki, Rüstəm Muradov da bu missiyanı elə-belə yerinə yetirməyib. Bu məsələlərlə Muradov məşğul olub deyə, davam edir. Belə vasitəçilik etməsi də böyük ehtimal Azərbaycan tərəfinin razılığı ilə olub. Rüstəm Muradov indi komandan olmasa da, Azərbaycan mövqeyini çatdıra bilən insandır. Özü də Azərbaycan mövqeyini çatdırmaq istiqaməti Ermənistan deyil, Rusiyadır. Bu da təəccüblü deyil ki, Rusiyanın adamı məhz bu məsələlərlə məşğul olur. Rusiya da iki tərəfə sülh bağlamağı təklif edir deyə, bu da həmin elementlərdən biridir”,- deyə ekspert bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=167747

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930