BMT Azərbaycanı dəstəkləyir

19.05.2022 - 22:31

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans başlayıb.

 

Cumhuriyyet.az xəbər verir ki, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos konfrans iştirakçılarına videomüraciət ünvanlayıb. O, Şuşada keçirilən tədbirdə iştirak edə bilməməsinə görə təəssüfləndiyini bildirib.

 

Ölkəmizlə mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığı yüksək qiymətləndirdiyini deyən Moratinos sülh çağırışları edən Azərbaycanı dəstəklədiklərini vurğulayıb. Qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdə tarixi irsi bərpa etmək, eyni zamanda, mədəni ruhu geri qaytarmaq üçün hər şeydən əvvəl sülhü bərpa etmək lazımdır.

 

Bundan əlavə, ali nümayəndə sülh anlayışının və sülh naminə fəaliyyətlərin daha sıx şəkildə önə sürülməsinin vacibliyini diqqətə çatdırıb.

 

Daha sonra BMT-nin Sivilizasiyalar Alyansı ilə Azərbaycanın əlaqələri haqqında da fikirlərini bölüşən Moratinos ölkəmizin beynəlxalq sülh çağırışlarını yüksək qiymətləndirib.

 

“Müxtəlif mədəniyyətlər arasında anlaşma yaratmaq, sülhü təbliğ etmək üçün birgə çalışmalıyıq”, – BMT rəsmisi vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=175444

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930