“İlham Əliyevin yanaşması sülhə yönəlib” – ABŞ rəsmisi

16.06.2022 - 20:21

Bu mənim Azərbaycana ilk səfərimdir. Şəhərlə tanış oldum, küləkli gözəl şəhərinizdə yaxşı zaman keçirdim.

Cumhuriyyet.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid mətbuat konfransında bildirib.

O xatırladıb ki, səfəri həm də ABŞ-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyinə təsadüf edir.

Karen Donfridin sözlərinə görə, Azərbaycanda demokratiyanı, müstəqilliyi dəstəkləyən ölkələr arasında ABŞ ən önəmlisidir.

O, ötən gün Prezident İlham Əliyevlə görüşünü xatırladıb və əlavə edib ki, Azərbaycan dövlət başçısı ilə geniş müzakirə aparılıb.

Dövlət katibinin köməkçisi qeyd edib ki, Azərbaycan Prezidenti Qafqazla bağlı fikrini bölüşüb. Karen Donfrid Prezident İlham Əliyevin Qafqazla bağlı yanaşmasının inteqrasiya və regionda sülhə yönəldiyi vurğulayıb.

“Bayden administrasiyası regional inteqrasiya və sülh üçün region ölkələri ilə işləməyə sadiqdir”, – o qeyd edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=176959

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930