Anadolu: Azərbaycan Türkiyədən yeni silahlar almaq istəyir
Azərbaycan Türkiyədən müasir qumbaraatanlar almağı planlaşdırır.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” nəşri yazıb.
Nəşr bildirir ki, Türkiyə Müdafiə Sənayesi Komitəsinin əmri ilə Konya şəhərində yerləşən şirkət 40 mm-lik qumbaraatanların istehsalına başlayıb.
Qeyd olunur ki, bu uzaqmənzilli qumbaraatan 5000-dən çox atəş aça bilir, yüngül çəkiyə malikdir və daşınması çox rahatdır.
Nəşr onu da bildirir ki, Azərbaycan 400 və 800 metr məsafələrə atəş açmaq qabiliyyətinə malik qumbaraatanlar almaq istəyir.
Short URL: http://www.cumhuriyyet.net/?p=182150