Azərbaycan Prezidenti: “Orta dəhliz”in inkişafı ilə bağlı məsələlər zamanın tələbidir”

13.10.2022 - 17:48

“Orta dəhliz”in inkişafı ilə bağlı məsələlər zamanın tələbidir. Yaxşı haldır ki, həm Qazaxıstan, həm də Azərbaycan buna hazır idi, çünki ölkələrimizdə çox müasir nəqliyyat infrastrukturu yaradılıb ki, bu da artıq bu gün daha böyük həcmdə yüklərin daşınmasına imkan verir. Gələcəkdə infrastruktur planlarımızı əlaqələndirməklə biz Transxəzər marşrutunun ötürücülük qabiliyyətinin artırılması üzrə gələcək işləri sinxronlaşdıra bilərik”.

Cumhuriyyet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşündə deyib.

Prezident İlham Əliyev AQFET sammitinə dəvətə və qazax xalqına xas qonaqpərvərliyə görə Kasım-Jomart Tokayevə minnətdarlığını bildirib: “Qardaş Qazaxıstana səfər etdiyinə görə çox şadam. Sizi həm də baş tutmuş sammitin yaxşı nəticələrinə görə təbrik etmək istərdim. Bu, Qazaxıstanın beynəlxalq aləmdə oynadığı rolun və ölkənizin yüksək nüfuzunun növbəti təzahürüdür”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=183655

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031