KTMT sammiti öncəsi ermənilər niyə atəş açır?

22.11.2022 - 23:44

Artıq bir neçə gündür ki, ardıcıl olaraq Ermənistan silahlı qüvvələri sərhəddə, separatçı tör-töküntülərin terrorçuları isə ölkə daxilində Azərbaycan Ordusunun mövqelərinə atəş açırlar.

Noyabrın 21-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Ordumuzun Füzuli və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqelərini səhər və axşam saatlarında atəşə tutmuşdular, həmin gün axşam Ermənistan silahlı qüvvələri sərhəddə növbəti təxribatını gerçəkləşdirdi. Bu gün isə həm sərhəddə, həm də ölkə daxilində erməni qanunsuz silahlıları növbəti dəfə təxribat törədib.

Cumhuriyyet.az xəbər verir ki, son günlər Ermənistan silahlı qüvvələrinin sərhəddə, qanunsuz silahlıların isə Azərbaycanın daxilində bu cür aktivləşməsini Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko KTMT-nin sammiti ilə əlaqələndirib.

“KTMT-nin sammiti ərəfəsində erməni həbçiləri və qanunsuz hərbi birləşmələr ardıcıl təxribatlar törədir, Azərbaycan Ordusunun mövqelərini atəşə tutur. Təsadüfdürmü? Düşünmürəm”, – o qeyd edib.

Xatırladaq ki, KTMT dövlət başçılarının sammiti sabah İrəvanda keçiriləcək. Sammitdə Rusiya lideri Putin də iştirak edəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=185473

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930