Zəngəzur dəhlizinin açılması üzrə öhdəliklərin yerinə yetirilməsi zəruridir

24.11.2022 - 23:49

Hazırda bölgədə və dünyada baş verən hadisələr mövcud çağırışlarla mübarizədə əməkdaşlığın artırılmasının zəruriliyini sübuta yetirir.

Cumhuriyyet.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov “Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyunca əsas tranzit ölkələrdən biri kimi, tədarük zəncirinin pozulması riski yaratmağa davam edən hadisələr fonunda tranzit əməliyyatlarının təhlükəsizliyini və etibarlılığını təmin etmək Azərbaycanın əsas prioritetlərindəndir.

“Bağlantıların gücləndirilməsinin əsaslarından biri kimi enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. 18 iyul 2022-ci il tarixində Azərbaycan və Avropa İttifaqı arasında imzalanan Anlaşma Memorandumu özündə enerji təhlükəsizliyinin bir sıra komponentlərini, o cümlədən enerji infrastrukturunun modernləşdirilməsini, alternativ enerji mənbələrinin inkişafında əməkdaşlığın genişləndirilməsini ehtiva edir. Elektrik enerjisi istehsalı sahəsində səylərin gücləndirilməsi də prioritet istiqamətlər sırasındadır. Regional kommunikasiyanın gücləndirilməsi baxımından müxtəlif üçtərəfli formatlar bölgədəki əlaqələrin genişləndirilməsinə və mövcud ziddiyyətlərin aradan qaldırılmasına köməklik göstərir, qarşılıqlı maraqlara əsaslanan strateji əlaqələrin daha da inkişaf etdirilməsi üçün mühüm mərhələ rolunu oynayır. Azərbaycan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müvafiq bəndinə uyğun olaraq regionda kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atır. Bu xüsusda, Zəngəzur dəhlizinin açılması üzrə öhdəliklərin yerinə yetirilməsi zəruridir. Bu, bölgənin tam potensialından istifadəyə, həm də sülh quruculuğu prosesinə mühüm töhfə verə bilər”, – deyə Ceyhun Bayramov bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=185718

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031