Bu senator Bakıya səfir təyinatına imkan vermir

04.01.2023 - 21:42

ABŞ Prezidenti Co Bayden Mark Libbinin Azərbaycana səfir təyin edilməsində israr edir.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə ictimai fəal Yeganə Hacıyeva qeyd edib.

O bildirib ki, Bayden dünən Konqresin 2023-cü il üçün ilk sessiyası günü yenidən Azərbaycana səfir kimi Libbinin namizədliyini irəli sürüb:

“Libbi Konqresin 2022-ci il üçün son sessiyasında namizədliyi təsdiq edilməyən 175 səfir namizəddən biridir. Bu 175 nəfərdən cəmi 85-nin namizədliyi Ağ Ev tərəfindən təkrar təqdim edilib”.

Onun sözlərinə görə, hazırda Vaşinqtonda Milli Hərbi Kollecdə fakültə müşaviri olan Libbinin Azərbaycana səfir vəzifəsinə namizədliyi Bayden tərəfindən 25 may 2022-ci il tarixində irəli sürülüb:

“Ancaq 8 aydır o, Senatda erməni lobbisinin ruporu Bob Menendezin rəhbərlik etdiyi Xarici Əlaqələr Komitəsində dinləmələrə dəvət edilmir. Libbi ABŞ-ın Avropa Birliyindəki səfirinin müavini vəzifəsində, habelə Varşava, Nikosiya və Bağdadda diplomatik missiyalarda siyasi məsələlər üzrə müşavir vəzifəsində işləyib.

Libbi bundan başqa, Vaşinqtonda Dövlət Departamentinin Əməliyyatlar Mərkəzinin direktor müavini, Mərkəzi Avropa üzrə İdarənin direktor müavini, Cənubi Avropa üzrə İdarənin direktoru vəzifələrində də çalışıb.

Erməni lobbisi Azərbaycana səfir təyinatında həmişə dirəniş göstərir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=187008

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930