Paşinyan niyə yenidən Putinə zəng etdi?

02.02.2023 - 12:32

Ötən günlərdə Vladimir Putinə zəng edən Nikol Paşinyan Laçın yolu barədə danışıb və Rusiyanın bu istiqamətdə lazımi addımlar atmasının vacibliyini vurğulayıb. Əsasən də Rusiyanın Azərbaycanın Qarabağ iqtisadi zonasında müvəqqəti yerləşdirilən rus sülhməramlı missiyasının fəaliyyəti müzakirə olunub. Kreml sözügedən telefon danışığı barədə informasiya verərkən zəngin erməni tərəfinin xahişi ilə reallaşdırıldığını xüsusi qeyd edib. Paşinyanla Putinin danışığından sonra Rusiya XİN rəhbəri Sergey Lavrovla azərbaycanlı həmkarı Ceyhun Bayram arasında da telefon görüşü olub. Moskva növbəti dəfə xarici işlər nazirlərinin üçtərəfli görüşünü keçirməyə hazır olduğunu bəyan edib.

Cumhuriyyet.az xəbər verir ki, son hadisələr fonunda Paşinyanın Putinə zəng etməsi ermənilər arasında birmənalı qarşılanmayıb.

Erməni politoloqu Armen Ovannisyan bildirib ki, 2020-ci ildən “formatlar” arasında rəqabət gedir:

“Moskva hesab edir ki, Qərb formatına və bütövlükdə Qərbə doğru çox böyük dəyişiklik var. Kreml buna cavab verməyə çalışır. Azərbaycan da Rusiya formatında müzakirələri davam etdirmək istəyir, çünki Qərb formatında gözləntiləri azdır. Bakının istəkləri rus formatında öz əksini tapır. Məqsəd Ermənistanı Qərbdən “ayırmaq”, Soçiyə oxşar sənəd imzalamaqdır. Bu da birmənalı olaraq Ermənistanla Qərb dövlətləri arasında münasibətlərin nisbətən “dondurulmasına” gətirib çıxaracaq”.

Ermənistanın niyə Moskvaya doğru Qərbdən geri çəkildiyinə gəlincə, o, qeyd edib ki, bu, İrəvanın ölkələrarası münasibətində məşhur “reseptidir”:

“Bu hakimiyyət başa düşmür ki, gün gələcək, heç bir tərəfə üz tuta bilməyəcək. Gah Rusiyaya, gah da Qərbə yox demək, sonunda hər ikisinin də yoxluğuna gətirib çıxaracaq. Aydın məsələdir ki, Ermənistan yalnız Qərb formatında söz sahibi olacaq. Ermənistan Laçın yolundakı hadisələrin fonunda sonuncu dəfə Rusiyanın vasitəçiliyi ilə xarici işlər nazirlərinin görüşündən imtina etdi. Moskvanın bu görüşün zəruriliyində ardıcıl olaraq israr etdiyini nəzərə alsaq, İrəvan bundan yenidən imtina edə bilərmi? Maraqlı sualdır. İrəvan əvvəldən iddia edir ki, Laçın yolunda vəziyyət düzəlməsə, görüş olmayacaq. Əgər yol açılmasa və Ermənistanın xarici işlər naziri bu görüşə getsə, biabırçılıq olar. Ermənistanın məğlubiyyəti də buradan başlayacaq”.(axar.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=187374

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031