cumhuriyyet.net
Paşinyan Ərdoğana zəng etdi • Cumhuriyyət
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. “Baş nazir Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb. O, ölkənin cənub-şərq bölgələrində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib. Nikol Paşinyan yaralananların tezliklə sağalmasını arzulayıb”, – Ermənistan hökumətinin mətbuat xidmətinin bəyanatında deyilir.
nesimi