Azərbaycana qarşı sanksiyaları daha bir konqresmen dəstəklədi

12.02.2016 - 13:32

luiza-suolterKonqresmen Luiza Sloter (Nyu-Yorkdan demokrat) vətəndaşların hüquq və azadlıqlarının pozulmasına görə Azərbaycann rəsmi şəxslərinə qarşı sanksiyanın tətbiqini nəzərdə tutan qanun layihəsinə qoşulan ilk Konqres üzvü olub.

Xatırladaq ki, “Azərbaycan Demokratiya Aktı” adlı bu qanun layihəsini (H.R.4264) ötən ilin sonlarında konqresmen və Helsinki Komissiyasının rəhbəri Kristofer irəli sürüb.

Bakıda bu qanun layihəsi “erməniyönlü” adlandırılıb və Smitin 1915-ci il “erməni soyqırımı”nın tanınmasının lehinə çıxış etdiyi xatırladılıb. Amma “Turan” bildirir ki, L.Sloteri ermənipərəst mövqedə ittiham etmək çətindir, çünki o, hər zaman Azərbaycanı dəstəkləyib.

K.Smit özü isə Bakıda onun ünvanına səslənən ittihamları dünən Konqresin Helsinki Komissiyasının iclasında belə şərh edib: “Azərbaycan demokratiya aktı”nın ermənilərlə heç bir əlaqəsi yoxdur. Sənəddə Azərbaycanda insan haqlarından danışılır… Ermənilərin buna heç bir aidiyyəti yoxdur, bundan əlavə, bu qanun layihəsinin hazırlanmasından onların xəbəri olmayıb. Odur ki, parlamentdə (Azərbaycan), hökumətyönlü KİV və prezidentin mətbuat katibinin bu cür şeylər danışdığını eşidəndə düşünürəm ki, görəsən, başqa məsələlərdən nə qədər məlumatlıdırlar?”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=53374

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930