Siyasi Məhbusun həyatı təhlükə altında – SOS!

14.02.2016 - 01:56

talehxasDoğurdan da biz anormal ölkədə yaşayırıq. Hər gün, hər addımbaşı bu anormallığı nəinki hər hansı formada hiss edirik, hətta canlı olaraq görürük və yaşayırıq. Bir neçə gün öncə həbsdə olan hüquq müdafiəçisi, siyasi məhbus Taleh Xasməmmədovun həyat yoldaşı Fəxriyyə Xasməmmədova müraciət yayaraq ərinin vəziyyətinin dözülməz olduğunu, müalicəsinə ehtiyac yarandığını bildirmişdir. O müraciətində həyat yoldaşının vəziyyətinin kritik olduğunu, Penitensiar Xidmət başda olmaqla aidiyyatı qurumlardan T. Xasməmmədovun təcili şəkildə Müalicə Müəssisəsinə köçrülməsinə və onun müalicəsinə başlanmasını xahiş etmişdi. Sağ olsun hökümətimiz səhhətində problem olan vətəndaşının taleyinə biganə qalmayaraq müraciətə dərhal “reaksiya verib”. Ailə üzvlərinin verdiyi məlumata görə Taleh Xasməmmədov saxlandığı 17 saylı Cəzaçəkmə Müəssisəsində 15 günlük “karsa” salınıb və ona işgəncə verilib. Səhhətində çox ciddi problemlər olan, sağlıq durumu gündən- günə pisləşən, müalicəsinə imkan verilməyən hüquq müdafiəçisinin xəstə vəziyyətdə birdən- birə “karsa” salınması və işgəncəyə məruz qalmasının səbəbləri hələ aydın deyil. Amma məlum müraciətdən sonra bu hadisənin baş verməsi bəzi suallar yaradır. Yəqin bu hakimiyyətin fəlsəfəsində şərləyərək həbs etdiyi, Avropa Birliyi başda olmaqla beynəlxalq və yerli təşkilatların sənədlərində adı siyasi məhbus kimi keçən bir xəstə məhkumu müalicə etdirmək əvəzinə onu təhqir edib, zorakalığa məruz qoyub “karsa” salmaq əsl humanistlik, tolerantlıq və multikulturalizmdir.
Taleh Xasməmmədovun həyatı təhlükə altındadır. Mən onun üzvü olduğu Musavat partiyası başda olmaqla bütün ictimai- siyasi təşkilatları, aidiyyatı qurumları, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı), vətəndaş cəmiyyəti qurumlarını, mətbuat orqanlarını, başda Beynəlxalq Qırmızı Xaç Komitəsi olmaqla beynəlxalq təşkilatları, həbs yerlərinə giriş- çıxış imkanları olan yerli QHT rəhbərlərini Taleh Xasməmmədovun həyatda qalmasına, onun müalicəsinə şərait yaradılmasına dəstək olmağa çağırıram!

Oqtay Gülalıyev, Hüquq Müdafiəçisi

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=53502

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930