Milix Yevdayevə “Şöhrət” ordeni təqdim olundu

24.08.2016 - 15:15

milix-yevdayevBu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində prezident İlham Əliyevin Milix İlxananoviç Yevdayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında imzaladığı sərəncama əsasən ordenin təqdimetmə mərasimi keçirilib. Bu barədə virtualaz.org saytına komitədən məlumat veriblər.

Xəbərdə deyilir ki, tədbirdə Milli Məclisin deputatı Yevda Abramov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, Azərbaycanın baş müftisi Hacı Salman Musayev, Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri Abik Çaruxçev, eləcə də Azərbaycanda fəaliyyət göstərən digər dini konfessiyaların nümayəndələri iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, Milix Yevdayevin Azərbaycanın multikultural, tolerant ənənələrin qorunması istiqamətindəki xidmətləri olub.

Tədbirdə deyilib ki, pravoslav və katolik kilsələri, sinaqoqlar, Atəşgah məbədi Azərbaycanın mədəni irsinin tərkib hissəsidir.

“Yəhudilərin Azərbaycanda məskunlaşmasının 2000 ildən çox tarixi var. Ölkədə həmişə yəhudilərə doğma münasibət olub və həmin münasibət bu gün də davam edir. Digər konfessiyalar kimi, yəhudi icmasının nümayəndələri də öz dini ayinlərini və adət-ənənələrini azad şəkildə həyata keçirirlər”, – deyə Milix Yevdayev söyləyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=73994

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930