Məmurların üsyan projesi: “Vəziyyət tam yetişməyib, yetişəndə camaat ayağa qalxacaq”

26.08.2016 - 01:14

Sərdar Cəlaloğlu:”Sonda xalq üsyan edəcək. İcra başçıları və məmurlar elə düşünürlər ki, xalqı yatır. Amma xalqı yatmır”

serdar-ce_laloglu888“Azərbaycanda faktiki olaraq aşağı keyfiyyətli idaretmə mövcudur. Məmurlar xalqın maraqlara zərbə vuraraq, sadəcə Prezidentin maraqlarını qorumağa çalışırlar”. Bunu Cümhuriyyət. az-a sakinlərin “prezidentə şikayət edəcəyik” iddiasına Yasamal rayon icra başçısı İbrahim Mehdiyevin “hara gedirsiniz, gedin” cavabını izah edərkən Azərbaycan Demokrat Partiyasının(ADP) sədri Sərdar Cəlaloğlu söyləyib. Partiya sədrinin sözlərinə görə, Məmurlar sosial mediada prezidentin şəklini paylaşmaqla işlərini bitmiş hesab edirlər: “Azərbaycanda bizim başa düşdüyümüz klassik dövlət idarəçiliyi, qanun və konstitutsiya yoxdur. “Get kimə nə istəyirsə de”ifadəsini işlədən məmur özünü prezident kimi hiss edir. Özündən yuxarı heç bir instansiya tanımır. Bu niyə meydana gəlib? Çünki ona yuxarıdan bu səlahiyyəti veriblər.Həmin başçını o posta təyin edən adam deyir ki, get nə bilirsən elə. Bunun da nəticəi olaraq həmin rayon rəhbəri vətəndaşa “get kimə istəyirsən şikayət elə” cavabını verir. Vətəndaşlarla qeyri- qanuni, qeyri-insani rəftarı ona yuxarıdan tapşırıblarsa, vətəndanlaşların yuxarı instansiyalara şikayəti yersizdir”.
Azərbaycan mətbuatında məmurların korrupsiya əməlinə dair minlərlə faktların yer aldığını deyən S.Cəlaloğlu cumhuriyyet.az-a bildirib ki,, prokurorluq orqanları bu oğurluqlarla bağlı bir dəfə də olsun cinayət işi qaldırmayıb:”Bu yaxınlarda mətbuatda deputatlardan birinin villasının şəkili paylaşılmışdı. Ən azı 15 milyon dollar dəyərində olan bir villa idi. Bu adamın bütün gəlirlərini Vergilər Nazirliyi araşdırsa, görər ki, orta səviyyədə dolanan bir adamdı. Buradan aydınca görünür ki, həmin villa oğurluq pullarla inşa olunub. Amma görün, Respublika prokurorluğu buna reaksiya verirmi? Xeyr. Yerli və xarici mediada qiyməti milyardlarla ölçülən dövlət əmlakının mənimsənilməsinə dair çox aydın məlumatlar dərc olunur. Ancaq hüququ mühafizə orqanları heç bir tədbir görmür. Bu cür cəzasızlıq şəraiti məmurlara imkan verir ki, həm korrupsiya ilə məşğul olsunlar, həm də xalqa divan tutsunlar. Nazirlər, icra başçıları, polis, məhkəmə və prokurorluq və başqa orqanların bircə missiyası var. Oda xalqı itaətdə saxlamaqdan ibarətdir. Xalqın hər hansı çıxış və etirazının qarşısını alırlar. Bu şərtləri yerinə yetirən istənilən icra başçısı xalqla istənilən cür davranmaq hüququ əldə edir. Real mənzərə budur. Bu da, Azərbaycanı fəlakətə aparır”.
Qlobal böhranın ölkəmizi böyük sürətlə uçuruma apardığını deyən həmsöhbətimiz vurğulayıb ki, Azərbaycan iqtidarı böhrandan çıxış yolları axtarmaq əvəzinə vətəndaşlarına qarşı təzyiqləri artırmaq və xalqı repressiv bir rejimdə saxlamaq yolunu tutur: “Bu vəziyyət uzun müddət davam edə bilməz. Xalqı bu qədər də sıxıb divara dırəmək olmaz. Sonda xalq üsyan edəcək. İcra başçıları və məmurlar elə düşünürlər ki, xalqı yatır. Amma xalqı yatmır. Hələ ki, xalq arasında qızışma gedir. Vəziyyət tam yetişməyib. Yetişəndə cammat ayağa qalxacaq. Ona görə də, məmur özbaşınalığına dair məbuatda gedən bu cür materialları reaksiya verilməldir. Və o məmurlar cəzalandırılmalıdırlar. Hüquq mühafizə orqanları qanunların bərpasına çalımalıdır. Əfsuslar olsun ki, nə məhkəmə, nə prokurorluq, nə də Daxili İşlər Nazirliyi qanunların keşiyində durur. Azərbaycan vətəndaşlarının hüquqlarını kim qorumalıdır? Belə hal dünyanın heç yolunda yoxdur. Rayonlar boşalır. Kimi dindirirsən işsizlikdən, səfalətdən və haqqının tapdanmasından şikayətlənir. Günahsızlar türmələrdə, günahkarlar azadlıqlada gəzir. Belə ölkə olmaz”.
S. Cəlaloğlunun firkincə, bundan əvvəlki dövrdə iqtidar İlham Əliyevin aftariteti ətrafında birləşmişdi. Lakin son aylar görünür ki, ölkə başçısnın avtariteti hakimiyyəti təmsil edən klanları birləşdirə bilmir:”Bunu .İ.Əliyevin özü də etiraf edir. Təsəvvür edin ki, prezidentin verdiyi sərəncamlar ya icra olunmur, ya da bir gündən sonra geriyə qaytarılır.  Ölkə bir neçə klanın idarəçilyi altındadır. Azərbaycanda hüquq sistemi yoxdur”.
Qeyd edək ki, bu günlərdə, bir qrup Qarabağ əlili və şəhid ailəsi Yasamal Rayon İcra Hakimiyyətinə toplaşıb. Onlar yaşadıqları binanın acınacaqlı durumda olması ilə bağlı rayon icra başçısına müraciət ediblər. Göstərilən hədə-qorxuya rəğmən bina sakinləri icra başçısıyla görüşməyə israr ediblər. Bir qədər sonra icra başçısı İbrahim Mehdiyev onları binanın foyesində qarşılayıb: “Çıxdı bizə dedi ki, sizi qəbul etmirəm. Biz də bildirdik ki, gedəcəyik prezidentə şikayət edəcəyik. Cavab verdi ki, “hara gedirsiniz, gedin””.
Mənsur, Cumhuriyyet.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=74162

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930