“MTN polkovniki” məhkəməyə xərəkdə gətirilir

26.08.2016 - 15:47

80Vətəndaşları soyub-talayan Məlahət Əsgərzadə yol qəzasında iflic olub

Bakı Ağır Cinayətlər Məhkəməsində CM-nin 178-ci (dələduzluq) maddəsilə ittiham olunan Məlahət Əsgərzadənin işinə baxılır.

O,məhkəməyə xərəkdə gətirilib-aparılır. Avqustun 25-də keçirilən məhkəmə iclasında da bu vəziyyətdə idi. Ucar sakini olan Məlahət Əsgərzadə özünü “MTN polkovniki” kimi təqdim edib, müxtəlif adamların işini düzəltmək adıyla onlardan pul alıb qaytarmamaqda təqsirləndirilir. Məlahət Əsgərzadə həbs olunmamışdan az əvvəl yol qəzasına düşüb və nəticədə hərəkət qabiliyyətini itirib.

Məhkəmədə bu iş üzrə zərərçəkmiş qismində tanınan adamlar dindirilir. Onlardan biri də Ucarda taksi sürücüsü kimi fəaliyyət göstərən İlqar Süleymanovdur. Deyir ki, Ucarda Azər Ağayev adlı tanışından 2 min 850 dollarını neçə il idi ki, ala bilmirdi. Məlahət Əsgərzadə ona deyib ki, istənilən problemini həll eləyə bilər: “Ona belə bir problemimin olduğunu dedim. Söz verdi ki, “həll eləyəcəm. Məndən Azərin telefon nömrəsini aldı”.

İ.Süleymanovun dediyinə görə, sonradan eşidib ki, “polkovnik” xanım Azər Ağayevdən 23 min manat alıb. O pulun 2 min 800 dolları İ.Süleymanova verilməliydi. Amma bir qəpik də verilməyib.
İfadəsinin sonunda İ.Süleymanovun məhkəməyə belə bir müraciəti olub: “Mən fəhlə adamam, günəmuzd işləyirəm. Heç Azərdən də pulumu istəmirəm. Amma pulumu yeyənlərə halal da eləmirəm, Allaha tapşırıram. Gedib-gəlməkdən yorulmuşam. Polisə, məhkəməyə nə qədər getmək olar? Xahiş edirəm ki, məni bu işdən çıxarın, başıma oyun açdılar”. Taksi sürücüsü olan Şahin Balayev də deyir ki, Məlahət Əsgərzadəni bir neçə dəfə Ucardan Göyçaya aparıb, ona özünü “MTN əməkdaşı” kimi özünü təqdim edib: “Onu formada da görmüşəm…”

///Azadlıq.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=74246

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930