Rauf Mirqədirov ailəsinə qovuşdu

24.09.2016 - 20:04

Siyasi icmalçı və keçmiş məhbus Rauf Mirqədirov artıq İsveçrədədir.

rauf1

Bu barədə hazırda İsveçrənin Sürix şəhərində yaşayan siyasi mühacir Hacı Hacılı sosial şəbəkədəki statusunda xəbər verib. R.Mirqədirovla fotolarını paylaşan H.Hacılı onun barəsində “Rauf Mirqədirov: Jurnalistika və milli istiqlal tariximizin önəmli bir ismi. Eşq olsun!”, habelə “Yaşasın azadlıq” sözlərini yazıb.

R.Mirqədirov 2014-cü ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, həmin hökmdən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Martın 17-də Bakı Apellyasiya Məhkəməsi jurnalistə 5 il şərti həbs cəzası verməklə onu azad edib.

Sentyabrın 16-da  Rauf Mirqədirov Almaniyaya yola düşüb. O, öncə Frankfurta və ordan da 3 günlük seminarda iştirak etmək üçün Varşavaya səfər edib. R.Mirqədirov tədbirdən sonra İsveçrədə məskunkaşan ailəsinin yanına gedib.

Amma siyasi icmalçı mediaya müsahibəsində ölkəyə qayıdıb-qayıtmaması barədə sualı cavablandırmayıb: “Hələ bu barədə heç nə deyə bilmərəm”.(Musavat.com)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=76592

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930