REAL nə zaman partiya olacaq?

20.10.2016 - 13:28

natiq-c%c9%99f%c9%99rli“Respublikaçı Alternativ (REAL) Hərəkatının partiyaya çevrilməsi ilə bağlı çox ciddi işlər gedir. Bizim proqramda nəzərdə tutulmuş el məclislərinin formalaşması demək olar ki, bitmək üzrədir. Bu proqramda 23 el məclisinin formalaşması nəzərdə tutulmuşdu. Artıq bunun 19-u formalaşıb. Alt yapı və infrastruktur hazır olandan sonra isə qurultayın günü təyin olunacaq. Daha sonra isə qurultayla bağlı qərarımızı həyata keçirəcəyik”.

Bunu açıqlamasında REAL Hərəkatının icra katibi Natiq Cəfərli deyib.

Natiq Cəfərli bildirib ki, Ədliyyə Nazirliyinin REAL Hərəkatını partiya kimi qeydiyyatdan keçirəcəyini güman etmirlər.

“Biz sadəcə olaraq burda bir problemin olacağını gözləyirik. Düşünürük ki, belə problem yaransa, qanunvercilikdə nəzərdə tutulmuş bütün qaydalara uyğun olaraq addımlar atacağıq. Məhkəmələrə müraciət edəcəyik. Məhkəmələrdən də qeydiyyatla bağlı qərar ala bilməsək, sonuc etibarı ilə Avropa Məhkəməsinə qədər bu işi aparmağı düşünürük.

O, həmçinin qeyd edib ki, partiya məclisi idarə heyətini seçdikdən sonra yeni insanların da REAL-ın idarə heyyətində olması ehtimalı yüksəkdir.

“İlk öncə qurultayda seçkilər olacaq.  Seçkilər zamanı partiya məclisi seçiləcək. Partiya məclisi isə öz növbəsində idarə heyyətini təyin edəcək”.(modern.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=79688

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930