Cəmil Həsənli Rafiq Tağı ilə bağlı sualları cavabsız qoydu

20.10.2016 - 16:13

262104Hüquq müdafiəçisi, jurnalist Samir Kazımlı sosial şəbəkədə Milli Şuranın sədri Cəmil Həsənliyə suallar ünvanlayıb.

Samir Kazımlı bildirib ki, indiyənə qədər Cəmil Həsənli Rafiq Tağının qətli ilə bağlı heç bir ifadə işlətməyib:

“Bildiyiniz kimi, yazıçı Rafiq Tağı 2011-ci ilin noyabr ayının 19-da naməlum şəxs tərəfindən bıçaqlanandan bir neçə gün sonra xəstəxanada müəmmalı şəkildə vəfat edib. Hər kəs bilir ki, bu bir siyasi qətldir.

Yas mərasimlərini deyə bilmərəm, amma Rafiq Tağının dəfnində Cəmil müəllimi görməmişəm. (Digər müxalif siyasi liderlər də yox idi) Heç ondan sonra da Rafiq Tağının doğum və öldürülən günlərində ictimaiyyət nümayəndələri onun qəbrini ziyarət edərkən Cəmil müəllimi onların arasında görməmişəm.

Bundan əlavə, müsahibələrində, çıxışlarında və facebook statuslarında da Cəmil müəllimin Rafiq Tağı barədə danışdığını, yazdığını görməmişəm.

Google.az-da “Cəmil Həsənli Rafiq Tağı barədə” yazıb axtarış verdim, yenə də bir şey tapa bilmədim.

Bəlkə də, Cəmil müəllim hardasa, nə vaxtsa ötəri də olsa, Rafiq Tağının qətli barədə nəsə danışıb, yazıb. Əgər bu baş vermiş olsa belə, Cəmil müəllimin ictimai-siyasi statusuna görə bu yetərlidirmi?

Məncə, Cəmil müəllim həm prezidentliyə namizəd, həm də siyasi təşkilatın rəhbəri olduğu müddətdə ölkədə qətlə yetirilmiş bir yazıçı barəsində elə uca səslə danışmalı idi ki, bunu hamı eşitməliydi. Mən şəxsən bunun şahidi olmamışam”.

Qaynarinfo.Az olaraq, məsələ ilə bağlı Cəmil Həsənli ilə əlaqə saxladıq. Milli Şura sədri bildirdi ki, bu barədə danışmaq istəmir: “Bu sualların cavabını mən Samir Kazımlının özünə verəcəm. Bu barədə danışmaq istəmirəm”.

Qeyd edək ki, 2011-ci il noyabrın 19-da naməlum şəxslər onu bıçaqlayıb. Bir neçə bıçaq zərbəsi alan Rafiq Tağı əməliyyat olunsa da, həyatını xilas etmək mümkün olmayıb. Əməliyyatdan sonra vəziyyəti bir müddət stabilləşən yazıçı bu ərəfədə jurnalistlərin suallarını cavablandırıb, hücumun oğurluq motivli olduğuna inanmadığını, “İran və Qloballaşma qaçınılmazlığı” məqaləsi ilə bağlı ola biləcəyini qeyd edib.

Hadisə ilə bağlı cinayət işi açılıb. 2014- cü ilin yanvar ayında prokurorluq icraatın dayandırılması ilə bağlı qərar qəbul edib. Buna səbəb kimi, hadisəni törədən şəxsin müəyyən edilməməsi göstərilib.

Rafiq Tağı 2011-ci il noyabrın 23-də Bakının 1 saylı xəstəxanasında vəfat edib. Üç övlad atası idi.

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=79710

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031