Nazirin babası haqda – Sensasion fakt

26.10.2016 - 13:23

iraq-bas-diplomatiİraqın keçmiş baş naziri, hazırda Xarici İşlər naziri olan İbrahim Cəfərinin babası ilə bağlı maraqlı fakt ortaya çıxıb.

Nazirin babası Mehdi Bəkir əl Aşakir Kərbəlada Osmanlı imperiyasına qarşı şiələri etiraza səsləyən ilk şəxslərdən biri olub.

Məhz onun rəhbərliyi ilə 1876-cı ildə İraqda Osmanlı imperiyasına qarşı ilk üsyan başlayıb.

Babasından ilhamlanan İbrahim Cəfəri 1970-ci illərdə BƏƏS rejimini devirmək üçün hərəkətə keçən Dava Partiyasının öndə gedənlərindən biri olub.

Bu gün İraqda baş nazir vəzifəsini tutan Heydər Abadi kimi İbrahim Cəfəri də Səddam Hüseyni devirə bilməyəcəklərini görüb ölkədən qaçmışdı. Abadi İngiltərəyə qaçsa da, Cəfəri İranı seçmişdi…

Əslində, İrana qaçarkən Cəfərinin soyadı dədə-babadan gələn əl Aşakiri olub. Lakin o, Tehrana gəldikdən sonra Səddamın qorxusundan soyadını dəyişdirib Cəfəri qoyub.

10 ildən sonra 1990-cı ildə İrandan İngiltərəyə köçən Cəfəri 2003-cü ildə Qərb dünyasını İraqın işğalına səsləmişdi.

Nəticədə Cəfəri 2003-cü ilin iyulunda İngiltərədən Bağdada qayıtmış, Səddamdan sonra ABŞ-ın qurduğu hökumətdə baş nazir postunu tutmuşdu.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=80192

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930