Deputatdan sənədsiz evlərlə bağlı ÇAĞIRIŞ

07.12.2016 - 12:59

torpaqMilli Məclisdə 2017-ci ilin büdcə müzakirələri zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva ölkədə on minlərlə sənədsiz evin olduğunu qeyd edərək onların məsələsini qaldırıb və hökumətə çağırış edib:

Cumhuriyyet.az modern.az-a istinadən xəbər verir ki, deputat bildirib:

“Büdcəyə daxilolmaların artması, əlavə mənbələr barədə danışırıq və mən bu mənbələrdən biri ilə bağlı məsələ qaldırmaq istəyirəm. Bu gün ölkəmizdə on minlərlə sənədsiz ev var. Onların sənədləşmə mexanizmlərinin qısa zamanda tapılması vacibdir. Bu məsələnin həlli yüz minlərlə vətəndaşımızın həyatı üçün olduqca vacib olmaqla yanaşı, dövlət büdcəsinə böyük həcmdə vergi və rüsumların cəlb edilməsinə də təsir göstərə bilər. Ona görə də müvafiq qurumların bu məsələyə böyük diqqət göstərməsi çox önəmlidir. On minlərlə ailə üçün çox vacib olan bu məsələ ilə bağlı, ümid edirik ki, qısa zamanda ciddi addımlar atılacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=83907

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031